F-1.az xəbər verir ki, komandanın başçısı Günter Ştayner builki maşının işindən və ümumən mövsümöncəsi testlərdən çox razı qalıb…
Günter Ştayner: “Daha bir əla gün – heç bir problem olmadan 170 dövrəni başa vurduq. Test proqramı geniş idi, biz yarışın tam simulyasiyasını etdik, hələ üstəlik, demək olar ki, daha bir yarış məsafəsini də əlavə qət etdik.
Ümumiyyətlə, testlər çox rahat keçdi, əvvəlki illərlə müqayisədə heç bir problem yox idi. Komanda Bəhreynə mükəmməl hazırlıqlı gəldi və biz dərhal işə başladıq. İrəliləyiş göz qabağındadır, ona görə də indi ümumi fonda necə göründüyümüzü başa düşməliyik. Hələlik bunu söyləmək çətindir, amma biz mütləq orta qrupa aidik – görək hara, yuxarı sətirlərə yaxınıq, yoxsa peletonun sonuna doğru yerləşirik. Hər halda, gələn həftəsonu yarışın startına çıxmağa hazırıq”.