Ştayner Alonsonu tərifləyib

Avstraliyalı mütəxəssisin fikrincə, Fernando Formula1-də yarışı ən yaxşı oxuyan və başa düşən sürücüdür.

F-1.az xəbər verir ki, Haas komandasının rəhbəri Marca resursuna ispan sürücü barədə ağızdolusu danışıb.

Günter Ştayner: “Aston Martin fürsətdən istifadə edərək ispan oğlanla müqavilə imzaladı. Əslində söhbət heç də Fernando Alonsonun sürücülük bacarığından getmir, onun fenomenal stabilliyini neçə yaşında qoruyub saxlamasından gedir.

Adətən onun yaşında insanların performansı azalır, yavaş reaksiya verir, görmə qabiliyyəti zəifləyir və s. Alonso isə ətrafında baş verənləri hamıdan yaxşı anlayır. Ona pit divarı lazım deyil – bu baxımdan Fernandonun tayı-bərabəri yoxdur. Bundan əlavə, o, sürətini və istedadını qoruyub saxlayır”.

Xatırladaq ki, bu yay Alonsonun 42 yaşı tamam olacaq. Cari mövsümdə arxada qalan yeddi yarışın beşində ikiqat dünya çempionu podiumda olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*