F-1.az xatırladır ki, sürücülər və komanda nümayəndələri dəfələrlə bildirmişdilər ki, 2023-cü ildə qarşıdakı maşınları izləmək və müvafiq olaraq onları ötmək xeyli çətinləşib. Fernando Alonso bunu həm də müasir maşınların daha böyük olması ilə əlaqələndirib.
8 yarışdakı ümumi ötmə saylarına baxsaq, deyilənlərə haqq verməmək olmur, lakin fərdi götürdükdə, 4 yarışda ötmə sayı məhz bu il çox olub, Bakıdakı yarışda isə bərabərlik pozulmayıb.
Yarış | Ötmə sayı (2022) | Ötmə sayı (2023) |
Bəhreyn Qran Prisi | 78 | 37 |
Səudiyyə Ərəbistanı Qran Prisi | 32 | 36 |
Avstraliya Qran Prisi | 34 | 30 |
Azərbaycan Qran Prisi | 23 | 23 |
Mayami Qran Prisi | 52 | 60 |
Monako Qran Prisi | 13 | 22 |
İspaniya Qran Prisi | 48 | 65 |
Kanada Qran Prisi | 35 | 20 |
Cəmi | 315 | 293 |