Startlardan əvvəl diz çökmə mərasimi olmayacaq

Formula1 2020-ci ildə "We Race As One" təşəbbüsünə qoşulub və bununla əlaqədar olaraq sürücülər (hamısı olmasa da) startdan əvvəl irqçiliyə qarşı həmrəylik göstərərək diz çökürdülər.

F-1.az xəbər verir ki, Sky Sports News-a danışan FİA prezidenti Stefano Domenikali daha belə prosedurun olmayacağını bildirib: “Bu jest bizim üçün vacib idi, amma irəliləməl, başqa şeylərə də yer vermək lazımdır. Bütün dünya üçün mühüm olan məsələyə Formula1-də də yer verdik. İndi isə jestlərdən hərəkətlərə keçmək istəyirik. Ən əsas məsə idmanı daha da rəngarəng etməkdir.

Mən bilirəm ki. Lyuis Həmilton bu dəyişiklikləri dəstəkləyir. O, idman və dünya üçün inanılmaz bir sərvətdir. Əbu Dabi yarışından sonra susdu və mən onun mövqeyinə hörmətlə yanaşıram. Amma yeni mövsümün əvvəlinə qədər onun özünü tamamilə motivasiya edəcəyinə şübhəm yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*