Sprintin yeni formatı mənfi və müsbət tərəfləri

Bildiyiniz kimi Azərbaycan Qran Prisində sprint yarışlarının yeni format sınanır. bəs bu format necədir? İlk formatdan hamı razı qaldı? Nə kimi üstünlükləri var? Nə kimi problemləri var? gəlin birlikdə təhlil edək.

Daha əvvəl sprint yarışlarının formatı belə idi. Cümə günü sıralanma turu olurdu. Bu sıralanam turunun nəticəsinə görə sürücülər şənbə günü sprint ayrışlarına başlayırdılar. Sprint yarışlarının nəticəsinə görə isə bazar günü əsas yarışa başlayırdılar.

Lakin daha əvvəl sprint yarışları stasionar traslarda keçirildiyi üçün sürücülər və komanda rəhbərləri  bunu normal qəbul edirdilər. Lakin bu il ilk reallaşdı. Sprint yarışı bir şəhər tipli trasda – paytaxtımızın küçələrində keçiriləcəkdi. Şəhər tipli traslarda divarlar çox yaxında və reas dar olduğu  üçün qəza riski də çoxdur. Buna görə də komanda rəhbərləri FİA-dan sprint yarışında dəyişiklik istədilər – Onlar sprint yarışının nəticələrini müstəqil olmasını və əsas yarışa təsir etməməsini istəyirdilər. Bu versiya isə hazır MotoGP-də tətbiq olunur.

Lakin FİA elə düşünmədi və Sprint Shootout reqlamnetini tətbiq etməyə qərar verdi. Özü də bizim doğma Bakı Şəhər Halqamızda…

Yeni formata əsasən sürücülər artıq bir sərbəst yürüşlərə, iki sıralanma turuna, iki yarşa çıxacaqlar. Əsas yarışın sıralanma turu cümə günü axşam olur. Sprint yarışının sıralanma turu isə şənbə günü səhər olur. Sprint yarışı şənbə günü nahardan sonra, əsas yarış isə bazar günü keçirilir. Sprint Shootout reqlamenti haqda daha dəqiq məlumatı isə buradan oxuya bilərsiniz.

İndi isə keçək bu formatın müsbət və mənfi tərəflərinə:

Məncə, bu formatın müsbət tərəfləri daha çox sürücülər və komandalar üçün var. Çünki keçmi sprint yarışlarını xatırlayaq: 2021-ci ilin Britaniya sprint yarışında Peres səhv edərək, gerilərə düşmüş və əsas yarışda da buna görə xal qazana bilməmişdi. İndi isə belə problem yoxdur, çünki hər yarışın öz sıralanma turu var.

Mənfi tərəfləri isə budur: Sıralanma turunda pis nəticə göstərən sürücü sprint yarışını sıralanma turunun 4-cü sessiyası kimi istifadə edirdi. Məsələn, 2022-ci ilin İmola sıralanma turunu xatırlayaq – Ferrari komandasında Karlos Sayns sıralanma turunda səhv edərək, spin atmış və mübarizəni vaxtından əvvəl dayandırmışdı. Sprint yarışına gerilərdən başlayan ispaniyalı sürücü 5-ci yerə qədər yüksəlmişdi və əsas yarışa üçüncü cərgədən başlamaq haqqı qazanmışdı.

Yəni ki, köhnə formatda sürücülər sıralanma turunda etdikləri səhvləri sırf sprint yarışında kompensə etməyə çalışırdılar. Buna görə də keçmişdə sprint yarışlarına sıralanam turunun dördüncü sessiyası deyilirdi. Bu hal azarkeşlər üçün də yaxşı idi, çünki 20 sürücü də əsas yarışa yaxşı yerdən başlamaq üçün sprint yarışında əllərindən gələni edirdilər.

İndiki formatda isə 10-cu yerdən geridə olan sürücülər “yarış bitsə də, getsək” fikri ilə sürürlərlər, çünki ilk 8 yerə xal verilir. Buna görə də geridə olan sürücülərin risk almalarının mənası yoxdur. Onsuz da sprint yarışının nəticəsi əsas yarışın nəticəsinə heç təsir etmir.

Hətta dünənki sprint yarışından sonra dəliqanlılığı ilə seçilən Maks Ferstappen belə sürücülərin risk almağından şikayə etmişdi. O, Corc Rassellə mübarizədən sonra belə qənaətə gəlmişdi. Bir tərəfdən haqlıdır, çünki uzağı 1 xala görə maşını zədələyib, büdcə limitinin olduğu dövrdə heç kəs böyük xərclərə düşmək istəməz.

Gördüyünüz kimi hər iki formatın da özünə görə yaxşı və pis tərəfləri var. Ancaq məndən soruşsanız, mən sprint formatının köhnə versiyasını seçərdim. Amma bu versiyanın da maraqlı tərəfi iki sıralanma turu və iki yarışın olmasıdır. Bu hal azarkeşlər üçün daha yaxşıdır, çünki onlar bolidlərin boş-boş dövrə vurduğu sərbəst yürüşlərdən heç razı deyillər.

Azərbaycanda sınaq üçün keçirilən sprint shootour növbəti yarışlarda da tətbiq olunacaq? Yoxsa bu versiya F1 tarixində təkcə Azərbaycanda baş tutmuş olacaq? Bunu görəcəyik.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*