Sprint yarışının qalibinə xüsusi mükafat

Sprint yarışın qalibi xüsusi mükafat alacaq.

Xəbər verdiyimiz kimi, bu həftəsonu Silverstounda sprint yarışı tətbiq olunacaq və bu yarışın nəticəsində əsas yarışın start düzümü formalaşacaq.

Əvvəldən də deyilmişdi ki, bu yarışın ilk üçlüyü 3-2-1 xallar qazansa da, nə podium, nə də digər tədbirlər gözlənilmir. Amma F1 bu üçlük üçün maraqlı mükafat hazırlayıb.

Belə ki, sprint yarışın finişindən sonra ilk üçlük trasa qayıdaraq “zəfər paradı”na çıxacaqlar, sonda isə onların boyunlarına xüsusi əklillər taxılacaq – bu mərasim azarkeşləri keçmişə qaytaracaq, əvvəllər F1-in əfsanələri podiumda qələbələri bu cür yad edirdilər.

Qeyd edək ki, sonuncu dəfə podiumda əklil 1985-ci ilin İtaliya Qran Prisində verilib – komandalar şikayət edirdilər ki, əklillər sürücülərin kombinezonunda reklam loqotiplərini görünməz edirlər, bununla da əklillər yığışdırılmışdı…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*