Sprint yarışı üçün fərqli format üzərində işlənilir

Artıq üçüncü mövsümdür ki, Formula1-də sprint həftəsonları baş tutur. Bu il 6 həftəsonunda sprint yarışı olacaq.

F-1.az xəbər verir ki, Formula1 sahibləri Liberty Media komandalara həftəsonu sprint yarışı üçün yeni format təklif edib. Yeni format iki ayrı sıralanma turunu əhatə edir. Cümə günü bir məşq sessiyası və əsas yarışın start düzümünü təyin edəcək təsnifat mərhələsi planlaşdırılır. Cümə günü sıralana turunn qalibi poulun qalibi hesab ediləcək və şənbə günü sprintin startında bu nəticələr nəzərə alınmayacaq.

Şənbə günü məşq əvəzinə sprintdə start düzümünü müəyyən edəcək sıralanma turunun, ardınca isə sprint yarışının keçirilməsi təklif edilir. Formula1-də aprelin sonunda Azərbaycan Qran Prisinin yeni formatda keçirmək istəyirlər. Bunun üçün iki həftə ərzində reqlamentə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı elektron səsvermənin keçirilməsi nəzərdə tutulur.

Liberty Media artıq komandaların dəstəyinə müraciət edib, lakin Pirelli ilə bağlı potensial problemlər yarana bilər. İtaliyalı təkər istehsalçıları artıq Bakıya lazımi sayda təkər dəstləri göndəriblər və onlar əlavə təkər istehsal etməkdən və göndərməkdən imtina edirlər. Bu problemi həll etmək üçün Formula1 bir neçə variant təklif edir ki, hər bir sürücü standart on iki təkər dəstinə malik olsun.

Seçimlərdən biri şənbə günü sıralanma turu üçün fərqli formatdır ki, burada hər bir sürücü yalnız bir sürətli dövrə vura bilər. İkinci seçim cümə günü sıralanma turu sessiyalarının hər birinin müddətini yarıya endirməkdir. Başqa bir seçim isə sürücünün hər sessiyada istifadə edə biləcəyi dəstlərin sayını məhdudlaşdırmaqdır.

Yekun qərar hələ verilməyib – danışıqlar davam edir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*