Sprint üçün sıralanma turunun formatı dəqiqləşdiriləcək

Bakıda şənbə sprint həftəsonunun yeni formatda keçiriləcəyini və artıq Azərbaycanın paytaxtına gətirilən Pirelli təkərlərinin tam ikinci sıralanma turuüçün kifayət etməyəcəyini, ona görə də onun qısaldılmasına qərar verildiyini yazmışdıq.

F-1.az xəbər verir ki, cümə günü hər şey planlaşdırıldığı kimi qalacaq – yeganə birsaatlıq sərbəst yürüşlər və bazar günü Qran Prinin sürücülərin start düzümünü müəyyən edəcək standart sıralanma turu.

Şənbə günü axşam baş tutacaq sprintin start düzümündə yerlər uğrunda sürücülərin mübarizə aparacağı ikinci sıralanma turu ikinci sərbəst yürüşlərin əvəzinə şənbə günü səhər keçiriləcək. Həmişə olduğu kimi, o, üç hissədən ibarət olacaq, lakin son sessiyada yalnız bir sürətli dövrə vurmaq mümkün olacaq.

Yenidən işlənmiş sprint təsnifat formatının aprelin 30-da keçiriləcək yarışa bir həftə qalmış təsdiqlənməsi gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*