F-1.az xatırladır ki, Dekra artıq 12 ildir ki, Hülkenberqə sponsorluq edir. 29 yaşlı sürücü onlarla qürur duyduğunu deyib: “Karyeramın sonuna qədər Dekra-nın dəstəyinə güvənə bilmək məni sevindirir. Dekra təhlükəsizlik və təbiiliklə ad qazanmış dünya şöhtətli markadır. Xüsusən də, uzun illərdir yaranan əlaqədən sonra onların loqosunu papağımda daşıdığım üçün qürur duyuram.
Bu qış həmişəkindən çox idman etdim. Yeni bolidlər çox sürətlidirlər və əylənmə zonaları qısa olacaq. Sürücülərin boynuna düşən yüklənmə isə artacaq. Buna görə də, boyun əzələlərimin üstündə xüsusilə işləyirəm”.