Ş.Pik Marussia komandasında!

Braziliya Qran Prisinin finişindən sonra Marussia Virgin komandası (gələn ildən Marussia Racing) 2012-ci il üçün öz heyətini elan edib – […]

Braziliya Qran Prisinin finişindən sonra Marussia Virgin komandası (gələn ildən Marussia Racing) 2012-ci il üçün öz heyətini elan edib – Şarl Pik Jerom D’Ambrozionu əvəz etməklə Timo Qlokun komanda yoldaşı olacaq…

Con But, komandanın başçısı: “Mən Şarlı komandada salamlamağa şadam, gələn il o, Timo Qloka yoldaşlıq edəcək. Biz aşağı seriyaların gedişini diqqətlə izləyirik və Şarl son illər bizim diqqət mərkəzində idi. Abu Dabidə gənc sürücülərin testləri onun üçün ciddi sınaq oldu, biz onun potensialını qiymətləndirmək üçün ciddi proqram hazırlamışdıq.

Birinci dəfə Formula1 maşınının sükanı arxasında oturan Pik bütün sahələrdə tərəqiyyə nail oldu, xüsusən də yarışın simulyasiyası zamanı bizi heyrətləndirdi. Qarşıda mövsümöncəsi testlər gəlir, vaxt az qalıb, Şarl hələ çox şeyə öyrəşməlidir, amma o, qətiyyətli gənc sürücüdür. Şübhə etmirəm ki, qışda Şarl əlindən gələni edəcək ki, debüt mövsümünə yaxşı formada çıxsın.

Fürsətdən istifadə edərək Jerom D’Ambrozioya da təşəkkür edirəm, gələcək karyerasında uğurlar arzulayıram.”

Şarl Pik: “Mən Formula1-də debüt etmək imkanına görə şadam. Sürücü kimi növbəti addımı atmağa hazır olduğumu hiss eidrdim, amma Abu Dabi testləri mənim üçün ciddi yoxlama oldu. Mən əmin idim ki, komanda məndən razı qalacaq.

Testlərin nəticəsindən mən də, komanda da razı qaldıq. Qarşıda məni gərgin məşqlər gözləyir, əlimdən gələni edəcəm ki, mövsümöncəsi testlərə maksimum hazır olum.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*