Spanın promouterləri Domenikali ilə danışıqlar aparırlar

Dünən Londonda Belçika Qran Prisinin promouterləri ilə Formula1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali arasında danışıqlar aparılıb.

F-1.az xəbər verir ki, RTBF agentliyinin məlumatına görə, Spada yarış üçün müqavilənin uzadılması ilə bağlı tərəflərin görüşü kifayət qədər müsbət olub.

Bir qədər əvvəl, ən optimist ssenariyə əsasən, onun çempionat təqvimində yalnız Zandfortdakı mərhələ ilə əvəzlənəcəyi təqdirdə qalacağı barədə şayiələr var idi.

Amma Belçika Qran Prisinin baş direktoru Vanessa Maes bu mövzuda mətbuatda çıxan xəbərləri dərhal təkzib etməyə çalışıb və biz də bu barədə yazmışdıq.

RTBF agentliyinin tanınmış belçikalı jurnalisti Gaetan Vigneron London danışıqlarının gedişi barədə məlumat verib: “Bizdə olan məlumata görə, görüşün nəticəsi çox müsbətdir. Hələ heç nə imzalanmasa da, güman edə bilərik ki, 2024-cü il Spa yarışının rəsmi elanı uzun müddətə təxirə salınmamalıdır”.

Onun sözlərinə görə, müqavilənin cəmi bir il müddətinə uzadılacağını və ya uzunmüddətli olacağını söyləmək hələ tezdir, lakin bir çox mühüm amillər artıq bir araya gəlməyə başlayıb və Formula1-də onlar işgüzar münasibətlərini davam etdirmək əzmindədirlər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*