Spada S.Vandornun tribunası peyda olacaq

Belçika Qran Prisinin təşkilatçıları çempionatda yeganə həmyerliləri üçün tribuna qurmağı qərara alıblar.

F-1.az bu ilin əvvəlində Spada Maks Ferstappenin azarkeşləri üçün xüsusi tribunanın peyda olması barədə xəbər vermişdi. Yarışın təşkilatçıları bununla kifayətlənməyərək Stoffel Vandornun azarkeşləri üçün də tribuna ucaltmağı qərara alıblar. Həftəsonunun bütün günlərinə biletin qiyməti 230 avro olacaq, yalnız bazar gününə isə 200 avro.

Belçikalı sürücü qərardan məmnun olub: “Mən McLaren komandasının əsas sürücüsü olan andan Formula1-də özümün ilk ev yarışı barədə düşünməyə başladım. Əlbəttə, Belçikada çıxış edəcəyimi düşünmək çox xoşdur – bütün karyeram ərzində gərgin işləmişəm ki, məhz bu arzumu reallaşdırım.

Mən azarkeşlərimlə və fan-klubumun üzvləri ilə görüşü səbirsizliklə gözləyirəm, tribunama da əsasən onlar gələcəklər. Biz Qran Pridən birlikdə həzz alacağıq!”

Yerli sürücülərin milli yarışlarda tribunlara sahib olması artıq adət halını almaqdadır. Xatırladaq ki, Albert Parkda Mark Uebberin, Soçidə Daniil Kvyat və Vitaliy Petrovun, Barselonada isə Karlos Saynsın azarkeşləri üçün yeni tribunalar salınıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*