F-1.az xəbər verir ki, bazar ertəsi dərc olunan press-relizdə bildirilir ki, ötən mövsüm yarışlara tamaşaçıların sayı olduqca yüksək səviyyədə olub və bununla bağlı Spa traslblb infrastrukturunun modernləşdirilməsi üzrə işlərin növbəti mərhələsinə keçmək qərara alınıb.
Qarın yağması ilə daha da göz oxşayan Spada oktyabrın 10-da işlərə başlanılıb: trasın La Source və Eau Rouge döngələrini birləşdirən hissəsi boyunca dözümlülük yarışları zamanı istifadə olunan bokslar kompleksi ilə üzbəüz yerləşəcək yeni tribuna və terrasların tikintisinə start verilib.
Yeni tribuna 4104 oturacaqdan və “gəzinti zonası” adlanan hissədə daha 40 qatlanan stuldan ibarətdir. Tribuna Radillon döngəsinə qədər trasın bütün hissəsinin panoramik görünüşünü təqdim edəcək. Terraslarda daha 3139 quraşdırılacaq.
İşlərin 2023-cü il aprelin ortalarına qədər başa çatdırılması nəzərdə tutulur, bundan sonra tras boyu yerləşən stend və terrasların tutumunun 16 minə çatdırılması planlaşdırılır.
Amori Bertolome, traslb icraçı direktoru: “Biz avtodromun infrastrukturunu modernləşdirməyə davam etməkdən məmnunuq. İşlər qış dövründə aparılacaq, tutumu maksimum mümkün səviyyəyə çatdırmağı hədəfləyirik. Paddokun yenidən qurulması üçün əlavə investisiyalar da nəzərdə tutulub”.