F-1.az xəbər verir ki, Spada avqustun sonunda baş tutacaq yarışda Maks Ferstappenin azarkeşləri onu xüsusi tribunadan izləyə biləcəklər – yeni tikiləcək tribuna 5000 nəfərlik olacaq. Bu layihə Hollandiyanın bilet satışı ilə məşğul olan Sportstadion.nl resursu ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində reallaşıb. Sportstadion növbəti mövsümlərdə Maksın tərəfdaşı olacaq. Qeyd edək ki, keçən il Red Bull Rinqdə Maksın adını daşıyan 1000 nəfərlik tribuna inşa olunmuşdu.
Maks Ferstappen: “Sportstadion Avstriyada sübut etdi ki, azarkeşlərə qeyri-adı nəsə təklif edə bilərik. Bu, heyranedici idi. Mən əməkdaşlığın davam etməsini səbirsizliklə gözləyirəm”.