Yarışın promouteri Vanessa Meys ölkə rəhbərliyinin qərarını şərh edərək bildirib ki, deyilən vaxta qədər qran prinin baş tutması mümkün olmasa da, avqustun 30-u azarkeşlər olmadan yarışı qəbul etmək üçün müzakirələr aparılır. Belçikanın La Derniere Heure qəzetinə danışan Meys bildiirb ki, bu istiqamətdə danışıqlar həm FOM, həm də hökumətlə aparılır.
Spada azarkeşsiz yarış keçirilməsi müzakirə olunur
F-1.az 2 həftə əvvəl xəbər vermişdi ki, hökumət ölkədə bütün idman tədbirlərinin keçirilməsini avqustun sonuna qədər dayandırıb.