Dünən Berni Ekklstoun jurnalistlərə Kanada Qran Prisi haqqında danışarkən, Spada Belçika Qran Prisinin və Nürburqrinqdə Almaniya Qran Prisinin 2010-cu ildən başlayaraq təqvimdə bir-birini növbələmisini demişdi. Nürburqrinqdə milli mərhələni Hökkenhaymla növbələməyi qərara almışdılar, amma Hokkenhaymda ciddi maliyyə problemləri yarandığından estafetə Belçika trası qoşula bilər.
Spa avtodromunun başçısı Andre Mayes La Libre qəzetinə müsahibəsində bildirib ki, trasın 2012-ci ilə qədər müqaviləsi var, müqaviləyə əsasən trasda hər il yarış keçirilməlidir. Amma RTL Sport telekanalının Belçika fililalının jurnalistləri öyrəniblər ki, hələ yanvar ayında Berni Ekklstoun və trasın meneceri Etyen Davinyon mərhələlərin növbələşməsi barədə razılaşıblar…