F-1.az xəbər verir ki, təşkilatçılar həm də gələcəkdə Moto GP yarışını qəbul etmək niyyətindədilər. Bir çox döngədəki qaçış zolaqlarında olan asfalt zona çınqıllıqla əvəzlənib. Çınqıllıqların sahəsi La Source, Les Combes, Malmedy, Bruxelles, Blanchimont və Bus Stop şikanasında əhəmiyyətli dərəcədə artırılıb.
Məşhur Raidillon-da görülən işlər aprelə qədər tamamlanmalıdır. Qeyd edək ki, orada böyük bir tribuna inşa edilir.