F-1.az xatırladır ki, Bəhreyndə ən yumşaq təkərlərlə almanların göstərdikləri nəticələr Red Bull sürücülərinin daha bərk təkərlərlə göstəridkləri nəticədən zəif olmuşdu…
Əndryu Şovlin: “Belə, Bəhreyndəki testləri, sonra isə elə orada ilk yarışı xatırlasanız, biz onda dərhal başa düşdük ki, titullar uğrunda mübarizə aparacaq maşınımız yoxdur. Eyni inkişaf istiqamətində irəliləməyə davam etsək, əlbəttə ki, Red Bull-a meydan oxumaq üçün kifayət qədər yaxşı vəziyyətdə olmazdıq.
Prinsipcə, çempionluq uğrunda mübarizə apara biləcək maşınımız yoxdur və hər iki sürücü işləri düzəltmək üçün çox çalışırlar. Onlar həm trasda, həm də ofisdə əməkdaşlıq edir, problemləri həll etməyə və məlumat mübadiləsinə çalışırlar. Bu, bizə inkişaf etməyə, irəliləməyə kömək edir. Bu, bizə çox kömək edir ki, indi hər ikisi öz aralarında mabrizə aparmaqdan narahat deyillər, maşını qələbələr və titullar uğrunda mübarizə səviyyəsinə çatdırmağa yönəliblər”.