Sosial şəbəkədə kim güclüdür?

Hansı Formula1 sürücüsü sosial şəbəkələrdə daha populyardır? Almaniyanın Speed Week resursu Twitter, Facebook və İnstagram şəbəkələrində statistikanı təhlil edib.

Əlbəttə, üçqat dünya çempionu Lyuis Həmilton bu siyahıda da birinci olub – britaniyalı sürücünün hər bir şəbəkədə 3 milyondan çox folloveri var. Siyahıda ikinci sətri Fernando Alonso tutub. Maraqlıdır ki, izləyicilərinin sayına görə 3-cü yeri gözlənilmədən Felipe Massa tutub.

Serxio Peresin 5-ci yerini də qeyd etmək lazımdır – meksikalı sürücünün Twitter hesabında abunəçilərin sayı milyon yarımı keçib…

Yer Sürücü Twitter, min nəfər Facebook, min nəfər İnstagram, min nəfər Cəmi, min nəfər
1 Lyuis Həmilton 4 050 3 950 3 700 11 700
2 Fernando Alonso 2 450 1 800 1 100 5 350
3 Felipe Massa 1 010 750 900 2 660
4 Daniel Rikkardo 960 755 704 2 419
5 Serxio Peres 1 560 288 310 2 158
6 Maks Ferstappen 450 554 773 1 777
7 Roman Qrojan 655 264 291 1 210
8 Niko Hülkenberq 609 163 194 966
9 Valtteri Bottas 290 203 259 752
10 Karlos Sayns 258 165 261 684
11 Kevin Maqnussen 313 36 110 459
12 Daniil Kvyat 111 22 160 293
13 Markus Eriksson 118 30 98 246
14 Stoffel Vandorn 76 76 92 244
15 Paskal Verlyayn 51 55 76 182
16 Colion Palmer 57 8 74 139
17 Esteban Okon 30 47 77
18 Ləns Stroll 8 5 19 32

 

F-1.az xatırladır ki, Ferrari komandasının hər iki sürücüsünün – nə Sebastyan Fettelin, nə də Kimi Rəykkönenin heç bir sosial şəbəkədə rəsmi hesabları yoxdur…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*