Son illərdə komanda əməkdaşlarının sayı necə dəyişib

Formula1-in indiki sahibi olan Liberty Media şirkəti gələcəkdə komandaların büdcələrini məhdudlaşdırmağı planlaşdırır, amma buna baxmayaraq, komandalar heyətlərini yeni əməkdaşlarla genişləndirirlər.

Aşağıda sizə tədqim olunan cədvəldə peletonda yer alan komandaların son 6 ildə əməkdaşlarının sayının dəyişmə dinamikası verilib. Bəri başdan qeyd edək ki, cədvəldə güc qurğusunun hazırlanması, istehsalı və təmiri ilə məşğul olan işçilər nəzərə alınmayıblar, çünki bu bölmə yalnız Mercedes, Ferrari və Renault komandalarında mövcuddur.

F-1.az bildirir ki, son 6 ildə Formula1 komandasında işçilərin orta sayı 30%-dən çox artıb – 450 nəfərdən 620 nəfərə çatıb. Hərçənd yeni əməkdaşlar təkcə top-komandalara deyil, digər komandalara da cəlb olunurlar. Məsələn, Racing Point komandasının məlumatına görə gələn mövsümə qədər komandaya daha 100 mütəxəssis qəbul olunacaq və əməkdaşların sayı 500 nəfəri keçəcək.

Əlbəttə, ən az işçi Haas komandasında çalışır – cəmi 250 nəfər. Komandanın fəlsəfəsi digər komandalardan fərqlənir – amerikanlar reqlamentin icazə verdiyi hər bir elementi kənar istehsalçıdan almağa çalışırlar.

Maraqlıdır ki, Williams komandası 1996-cı ildə Deymon Hillə çempionluq qazananda heyətində cəmi 250 nəfər çalışırdı. Müqayisə üçün bir faktı da əlavə edək ki, 1987-ci ildə Nelson Pike ilə çempionluq qazananda komanda 85 nəfərdən ibarət idi.

Bu gün Williams komandası büdcənin məhdudlaşdırılmasının tətbiqi zamanı optimal hesab olunan əməkdaş sayına malikdir, amma xatırladaq ki, bu heyətlə komanda mövsümü sonuncu yerdə başa vurub.

Liberty Media şirkətinin planına əsasən, 2023-cü ildə komandaların büdcəsi 150 milyon dollara bərabər olacaq, düzdür, bu büdcəyə dəqiq nəyin daxil olması barədə məlumat hələ yoxdur, amma görünən odur ki, komandalar heç bir əməkdaşı işdən çıxarmaq barədə düşünmürlər…

Formula1 komandalarının əməkdaş heyəti

Komanda / Əməkdaşların sayı 2013 2014 2015 2016 2017 2018
Ferrari 700 750 770 900 900 950
Mercedes 530 750 815 850 860 950
Red Bull 690 690 720 740 740 800
McLaren 600 650 660 730 690 760
Williams 530 520 525 520 575 630
Renault/Lotus 500 470 470 570 620 625
Toro Rosso 300 320 330 350 400 460
Force İndia/Racing Point 300 350 370 380 410 410
Sauber 320 320 320 320 360 400
Haas 210 250 250

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*