Solera Mercedes-in yeni tərəfdaşıdır

Mercedes müasir rəqəmsal avtomobil idarəetmə sistemləri sahəsində dünya liderlərindən biri olan ABŞ şirkəti Solera ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib.

F-1.az xəbər verir ki, 2023-cü ildən etibarən şirkətin loqotipləri həm komandanın maşınlarında, həm də sürücülərin, mexaniklərin və digər əməkdaşların geyimlərinin sol qolunda görünəcək. Mövsüm ərzində komandanın qarajları və Mercedes-Benz idman avtomobilləri də buna uyğun markalanacaq.

Toto Volff: “Bütün işlərdə və texnoloji proseslərdə maksimum səmərəliliyə nail olmaq istəyi ilə birləşən innovativ yanaşmalar uğurlu biznesin idarə olunmasının əlamətidir və bu, komandaya da aiddir. Solera-nın bizim yeni tərəfdaşımız olmasından məmnunuq, çünki bu şirkət təkcə öz sahəsində lider kimi reputasiyaya malik deyil, həm də ümumi dəyərləri paylaşırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*