Lotus Renault GP komandasında daxili təşkilatlanma prosesi davam edir: komandanın idman direktoru Stiv Nilsen komandanı tərk etməyə hazırlaşır.
Nilsen Ənstounda 10 ildən çoxdur ki, işləyir, amma istefa ərizəsini hələ İspaniya Qran Prisi günlərində yazıb – ona məlum olub ki, Lotus Renault GP komandasının rəhbərliyi A1GP seriyasının keçmiş texniki və əməliyyat meneceri Con Uikhemi komandanın işinin effektliyini təhlil etməyə çağırıb.
Uikhem avtoidmanda yeni ad deyil, məhz onun sayəsində 80-ci illərin əvvəlində Honda motorları Formula1-ə gəlib, son illərdə isə Con paddokda görünməyib, amma onun Erik Bulye ilə yaxşı münasibətləri var…