Williams komandasının texniki direktoru Səm Maykl yeni FW31-in diffuzorunun konstruksiyasının reqlamentə uyğun olmamasını söyləyənlərin dəlilləri ilə razı deyil. Avstraliyalı mühəndis əmindir ki, komanda qaydaları özünəməxsus formada qəbul ediblər…
Səm Maykl: “Bizim maşınımız reqlamentin tələblərinə tam cavab verir və mən başa düşə bilmirəm ki, bu məsələ belə qalmaqala çevrilib. Yaxşı olardı ki, onlar etiraf etsinlər ki, reqlamenti diqqətlə oxumayıblar, əksinə, rəqiblərimiz bizim konstruksiyamızdan gileylənirlər.”