S.Löb Burdeni əvəz etməyə hazırdır?

Avtoralli üzrə beşqat dünya çempionu Sebastyen Löb Toro Rosso komandasına bildirib ki, öz gücünü Formula1-də sınamaq istərdi və o həmyerlisi […]

Avtoralli üzrə beşqat dünya çempionu Sebastyen Löb Toro Rosso komandasına bildirib ki, öz gücünü Formula1-də sınamaq istərdi və o həmyerlisi Sebastyen Burdeni əvəz etməyə hazırdır. Şayiələr gəzir ki, artıq Macarıstanda Burdenin əvəzinə sükan arxasına gənc ispan sürücü Xayme Algersuari oturacaq, amma Löb deyib ki, o da bu yerə namizəddir…

Sebastyen Löb: “Hər şey mümkündür, hələlik Formula1 və avtoralli üzrə dünya çempionatlarının mərhələləri üst-üstə düşmür. Əgər Toro Rosso-da vakansiya peyda olsa, mən onu tutmağa hazıram. Hərçənd deməliyəm ki, Qran Pri ralli deyil: bir yarış 60-70 dövrə davam edir və mən hələlik fiziki cəhətdən hazır deyiləm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*