Ş,Lekler utanıb

Ferrari ilə ilk dəfə sıralanma turuna çıxan gənc Şarl Lekler boliddən maksimumu çıxara bilmədiyi üçün məyus olub.

F-1.az xatırladır ki, monakolu sürücü Avstraliyadakı sıralanma turunda 5-ci olub və lider Həmiltondan təxminən bir, komanda yoldaşı Fetteldən isə 0.25 saniyə geri qalıb.

Şarl Lekler: “Öz performansımdan razı deyiləm. Son sessiyada işi bitirə bilmədim və utanıram. Birinci və ikinci seesiyada hər şey yaxşı idi. Son sessiyadakı ilk cəhdim yaxşı olsa da, son cəhdimdə səhv etdim. İlk döngəyə girəndə təkəri bloka saldım. Çox pis sürdüm. İlk iki yer əlçatmaz olsa da, üçüncü ola bilərdim. Sabah daha yaxşı nəticə üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*