F-1.az xatırladır ki, Ted Kravits Amerika yarışından sonra Maks Ferstappenə oğru demiş və onun builki yarışları sırf maşın hesabına udduğunu qeyd etmişdi. Bu sözlər Mask Ferstappenin səbr kasasını doldurmuş və niderlandlı sürücü Sky Sports kanalına müsahibə verməmək qərarına gəlmişdi. Meksika yarışında Red Bull bütün komanda olaraq Sky Sports kanalına müsahibə verməmişdi.
Britaniya mətbuatı xəbər verir ki, Sky Sports kanalı münasibətləri düzəltmək üçün addımlar atmağa qərar verib. Xəbərdə deyilir ki, Kravits və Kristian Horner həftəsonu Braziliyada danışıqlar aparacaqlar.