S.Kem: “Təmkinli olmaq lazımdır”

Mixael Şumaxerin mətbuat katibi Sabine Kem yeddiqat dünya çempionunun sağlamlığı barədə yeni rəsmi bəyanat yayıb – Kem hamını yenə də […]

Mixael Şumaxerin mətbuat katibi Sabine Kem yeddiqat dünya çempionunun sağlamlığı barədə yeni rəsmi bəyanat yayıb – Kem hamını yenə də təmkinli olmağa çağırıb…

Sabine Kem: “Biz hamımız əminik ki, Mixael bütün çətinlikləri dəf edəcək və ayılacaq. Bəzən ümidverici əlamətlər nəzərə çarpır, amma biz bilirik ki, hazırda təmkinli olmaq lazımdır. Mixael çox ağır zədələr alıb. Biz hələ də inana bilmirik ki, o qədər risklə dolu hadisələrdən qurtulan bir şəxs adi bir hadisədə ciddi zədələr alıb.

Lap əvvəldən aydın idi ki, Mixaeli xəstəliklə uzunmüddətli və ağır mübarizə gözləyir. Biz bu mübarizəni həkimlərlə aparırıq və tamamilə onlara etibar edirik. Bu prosesin müddəti bizə önəmli deyil.

Əlbəttə, Şumaxer ailəsinin bu qədər dəstək almasını görmək çox xoşdur və mən deyə bilərəm ki, onun ailəsi hamıya buna görə minnətdarlıq edir. Amma unutmaq olmaz ki, Mixaelin ailəsi çox çətin vəziyyətə düşüb. Ona görə də hamıya xatırlatmaq istəyirəm ki, Mixael həmişə öz ailəsini ictimaiyyətin diqqətindən qorumağa çalışıb və öz yaxınlarının şəxsi həyatını müdafiə edib.

Biz Mixaelə öz həyat enerjimizi verməyə çalışırıq və qəti əminik ki, bunun ona xeyri olacaq. Və biz inanırıq ki, bu döyüşdən o, qalib ayırlacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*