S.Kem: “Biz əvvəlki kimi əminik ki, Şumaxer təslim olmayacaq və ayılacaq!”

Mixael Şumaxerin mətbuat katibi Sabine Kem Formula1-in keçmiş həkimi Qəri Hartşteynin səsləndirdiyi fikirləri təkzib edib. Xatırladaq ki, Qəri yeddiqat dünya […]

Mixael Şumaxerin mətbuat katibi Sabine Kem Formula1-in keçmiş həkimi Qəri Hartşteynin səsləndirdiyi fikirləri təkzib edib. Xatırladaq ki, Qəri yeddiqat dünya çempionunun ailəsini pis xəbərlərə hazır olmağa çağırmışdı…

Sabine Kem: “Mən sonuncu bəyanatımda dediyim fikirlər hələ də qüvvədədir. Biz əvvəlki kimi əminik ki, Mixael təslim olmayacaq və ayılacaq. Biz buna görə etibar etdiyimiz həkimllər komandası ilə çalışırıq.”

Almaniyanın Bild qəzeti də keçmiş həkimin dediklərini şübhə altına alıb. Qəzetin məlumatına görə, Formula1-də keçirdiyi uzun müddət ərzində Hartşteyn Şumaxerə yaxın olmayıb və “son aylarda nə Mixaelin ailəsi ilə, nə də onu müalicə edən həkimlərlə əlaqə qurmayıb”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*