F-1.az xatırladır ki, 2018-ci ildə güc qurğusunda elementlərin dəyişdirilməsi start düzlüyündə 15-dən çox yer itirməklə cəzalandırılırdı və belə sürücülər start düzümündə cəzaların çıxarılması anına görə yerləşirdilər. Cəzanın çıxarılması anı isə sürücünün güc qurğusunun yeni elementləri ilə ilk dəfə trasa çıxdığı an sayılırdı.
Nəticədə əvvəlcədən cərimələnmiş sürücülər boksdan rəqiblərinə nisbətən xeyli əvvəl çıxaraq pit-leynin çıxışında növbəyə dururdular. Məsələn, Soçidə pit-leynin çıxışına dörd maşın toplaşmışdı, İnterlaqosda isə cümə günü ilk məşqlərin starına 10 dəqiqə qalmış Daniel Rikkardo maşınını işıqforun qarşısında saxlamışdı.
Bu cür halları istisna etmək üçün qərara alınıb ki, 2019-cu ildə cərimələnmiş sürücülər sıralanma turunda göstərdikləri nəticəyə görə yerləşəcəklər. Bu qayda sürücüləri məcbur edəcək ki, onlar sıralanma turunda tam iştirak etsinlər, yəni sadəcə bir dövrə vurub boksa qayıtmasınlar. FİA hesab edir ki, bu yenilik start mövqeyi uğrunda mübarizəni qızışdıracaq və sıralanma turu daha maraqlı olacaq.
Həmçinin, FİA dəqiqləşdirib ki, 107%-lik həddi aşan, amma starta buraxılan istənilən sürücü yarışa sonuncu yerdən başlayacaq – yəni yuxarıda söhbət gedən cərimələnmiş sürücülərin arxasında.