Sıralanma turu formatı: razılıq əldə olunmayıb!

Bu gün səhər FİA, FOM və komandaların nümayəndələri Bəhreyndə bir araya gəliblər - toplaşanlar saat yarım sıralanma turu formatındakı dəyişiklikləri müzakirə ediblər.

F-1.az xatırladır ki, komandalar keçənilki formata qayıtmaq istəyiblər, amma federasiyanın nümayəndələri və Berni Ekklstoun bunun əleyhinə olublar, nəticədə heç bir razılıq əldə olunmayıb, sadəcə növbəti görüşün vaxtını təyin ediblər. Gələn həftənin cümə axşamı məsələ yenidən müzakirə olunacaq.

Əgər yeni təklif yekdilliklə dəstəklənməsə, sıralanma turunun formatı dəyişməz qalacaq.

Dünən Toto Volff FİA-nın mövqeyini şərh etmişdi: “Jan Todt hesab edir ki, ya yeni formatı saxlamaq lazımdır, ya da yeni kombinə olunmuş variantı yoxlamaq lazımdır, amma mütləq ikinci dəfə bu formatı yoxlamalıyıq ki, nəyin nə dərəcədə pis olduğunu görək. Əgər hər şey doğrudan da bu qədər pisdirsə, onda ən real ssenari əvvəlki formata qayıtmaqdır. Bunu Jan mənə dedi. Məncə, biz yeni formatı artıq iki dəfə yoxladıq, onda görə də Şanxayda artıq eksperimentə yer yoxdur – əks halda, biz hamımız axmaq yerində olacayıq…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*