F-1.az bildirir ki, yarışın promouterləri hadisələri yaxından izləyirlər, lakin builki qran prinin tarixi və ümumiyyətlə, baş tutması barədə dəqiq söz deyə bilmirlər: “Kovid-19 virusu ilə bağlı vəziyyəti izləyirik, Sinqapur hökuməti və yarışın səhmdarları Formula1 rəhbərliyi ilə açıq danışıqlar aparır.
Hazırda 2020-ci ilin təqvimi yenidən nəzərdən keçirilir. Hər hansı bir məlumat əldə etidiyimizdə, bilet almış azarkeşləri yeniliklərdən xəbərdar edəcəyik. Bizim üçün prioritet iştirakçıların və azarkeşlərin sağlamlığı və təhlükəsizliyidir”.