Sinqapur Qran Prisinin müqaviləsi uzadıla bilər

F-1.az xəbər verir ki, yarışın promouteri Kolin Sin trasın idarəçiləri və Formula1-in rəhbərliyi yeni müqavilə bağlamağa yaxın olduqlarını bildirib.

Kolin Sin: “Hazırda prosses davam edir. Biz hər şeyə diqqətlə yanaşırıq, çünki bu, odluqca ciddi məsələdir. Təqvimdə qalmalıyıq. Hazırda hər şeyin yaxşı olacağına ümid edə bilərik. Müqavilənin imzalanmasına çox yaxınıq”.

Qeyd edək ki, gələn il təqvimdə olmayacağı dəqiqləşən Malayziya Qran Prisinin keçirildiyi Sepanq trasının rəhbəri Razlan Razali bildirmişdi ki, yarışı Sinqapurla növbəli şəkildə təşkil etmək versiyasını nəzərdən keçirmək olar. Buna görə də, yeni müqavilənin hansı şərtlərlə bağlanacağı maraqla gözlənilir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*