Quru. Günəşli. Havanın temperaturu +29° C, trasın temperaturu +31°-33° C
Bu gün komandalar məhsuldar işləyiblər və sıralanma turu ilə yarışa hazırlıqlarını davam etdiriblər. Dünən sürücülər təkərlərin tez yeyilməsi ilə üzləşmişdilər, ona görə də mühəndislər sazlanmalara düzəlişlər ediblər ki, təkərlərin resursunu artırsınlar.
Serxio Peres porebriklərə hücum zamanı maşınını zədələyib. Timo Qlokun maşınında qaz pedalı ilişib qalıb. Sessiyanın sonunda Mark Uebber baryerlərlə təmasdan qurtula bilməyib. Bir qədər sonra isə Vitaliy Petrov baryerlərə çırpılıb və qırmızı bayraqlar dalğalanıb.
Protokollara isə Sebastyan Fettel başçılıq edib…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | S.Fettel | Red Bull | Renault | 1:47.947 | – | 15 |
02 | L.Həmilton | McLaren | Mercedes | 1:48.272 | + 0.325 | 15 |
03 | F.Alonso | Ferrari | Ferrari | 1:48.623 | + 0.676 | 11 |
04 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:48.859 | + 0.912 | 16 |
05 | K.Rəykkönen | Lotus | Renault | 1:48.865 | + 0.918 | 17 |
06 | F.Massa | Ferrari | Ferrari | 1:49.458 | + 1.511 | 13 |
07 | P.di Resta | Force İndia | Mercedes | 1:49.684 | + 1.737 | 15 |
08 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:49.699 | + 1.752 | 16 |
09 | B.Senna | Williams | Renault | 1:49.715 | + 1.768 | 14 |
10 | M.Şumaher | Mercedes AMG | Mercedes | 1:49.981 | + 2.034 | 14 |
11 | M.Uebber | Red Bull | Renault | 1:50.110 | + 2.163 | 12 |
12 | C.Batton | McLaren | Mercedes | 1:50.524 | + 2.577 | 10 |
13 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:50.664 | + 2.717 | 16 |
14 | K.Kobayaşi | Sauber | Ferrari | 1:50.777 | + 2.830 | 15 |
15 | R.Qrojan | Lotus | Renault | 1:50.840 | + 2.893 | 15 |
16 | P.Maldonado | Williams | Renault | 1:51.012 | + 3.065 | 15 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:51.059 | + 3.112 | 17 |
18 | S.Peres | Sauber | Ferrari | 1:51.272 | + 3.325 | 10 |
19 | Ş.Pik | Marussia | Cosworth | 1:52.290 | + 4.343 | 16 |
20 | V.Petrov | Caterham | Renault | 1:53.781 | + 5.834 | 12 |
21 | H.Kovalaynen | Caterham | Renault | 1:54.326 | + 6.379 | 14 |
22 | N.Kartikeyan | HRT | Cosworth | 1:54.421 | + 6.474 | 14 |
23 | T.Qlok | Marussia | Cosworth | 1:54.630 | + 6.683 | 9 |
24 | P.de la Rosa | HRT | Cosworth | 1:54.875 | + 6.928 | 14 |