Sinqapur Qran Prisi təqvimdən çıxacaq?

Bu barədə Berni Ekklstoun məlumat verib.

F-1.az bildirir ki, Sinqapur Qran Prisinin Formula1 rəhbərliyi ilə müqaviləsi gələn mövsüm başa çatır və onların təqvimdə qalıb-qalmayacaqları dəqiq deyil. Auto Motor und Sport-a müsahibə verən Berni bu barədə də danışıb.

Berni Ekklstoun: “Təşkilatçılar ayrılmaq istəyə bilərlər. Sinqapurda əldə etdiyimiz uğurlara baxın. Düzdür, Formula1-i təşkil etmək onlara baha başa gəlir, lakin onlar da bizə görə az qazanmırlar. Sinqapur bir anda tranzit hava limanından daha artığı ola bildi. Artıq hədəflərinə çatdıqlarını düşünürlər və daha artığını istəmirlər.

Kanadanı təqvimdə saxlamaq üçün əlimizdən gələni edirik. Çətin olmasına baxmayaraq, Braziliya üçün də eyni şeyi etməyə çalışırıq. Hokkenhaym barədə isə bunu deyə bilərəm: Avropada digər yarışlara maddi dəstək vermiriksə, onlar üçün də verməməliyik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*