Sinqapur Qran Prisi: Sıralanma turu

Quru. Qaranlıq. Havanın temperaturu +28° C, trasın temperaturu +30° C Son 3 Sinqapur Qran Prisində qələbə pouldan start alan sürücülərə […]

Quru. Qaranlıq. Havanın temperaturu +28° C, trasın temperaturu +30° C

Son 3 Sinqapur Qran Prisində qələbə pouldan start alan sürücülərə qismət olmuşdu, ona görə də çətin şəhər trasında sıralanma turu həlledici əhəmiyyət kəsb edirdi.

Birinci sessiyada artıq bir çox sürücülər SuperSoft tərkibinə keçməli olublar, bu dəfə tərkiblərin sürət fərqi böyük olub, ona görə də ən yumşaq təkərlər ciddi üstünlük qazanıblar – protokollara Roman Qrojan başçılıq edib – 1:47.688. Mübarizəni isə üç ən zəif komandaların sürücüləri ilə birlikdə Kamui Kobayaşi (mövsümdə ilk dəfə) dayandırıb.

İkinci sessiyada artıq bütün sürücülər SuperSoft-a keçiblər. Qrojan ilk cəhdində baryerlərə toxunsa da boksa qayıda bilib və sonra ikinci cəhdinə çıxıb. Bir neçə dəqiqə sonra isə eyni yerdə Senna baryerlərə çırpılıb, amma braziliyalı sürücü maşını tərk etməli olub. Protkollara Lyuis Həmilton başçılıq edib – 1:46.665, mübarizəni isə Hülkenberq, Rəykkönen, Massa, Peres, Rikkardo, Vern və Senna dayandırıblar.

Sonuncu sessiyada trasa çıxmış səkkiz maşından yalnız üçü ilk cəhddində finiş xəttini keçib – Həmilton, Batton və Fettel, digər maşınlar isə boksa qayıdıblar. Şumaher və Rosberq bir daha trasa çıxmayıblar, digər sürücülər isə poul uğrunda mübarizəni davam etdiriblər, amma Həmiltonun nəticəsi əlçatmaz qalıb – 1:46.362.

Beləliklə, Lyuis karyerasında 24-cü, mövsümdə isə 5-ci poulunu qazanıb – McLaren üçün ardıcıl 4-cü poul. Maldonado ikinci yerdən, Fettel və Batton isə ikinci cərgədən start alacaqlar…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 L.Həmilton McLaren Mercedes 05 1:48.285 01 1:46.665 1:46.362
02 P.Maldonado Williams Renault 12 1:49.494 06 1:47.602 1:46.804 + 0.442
03 S.Fettel Red Bull Renault 04 1:48.240 02 1:46.791 1:46.905 + 0.543
04 C.Batton McLaren Mercedes 09 1:49.381 07 1:47.661 1:46.939 + 0.577
05 F.Alonso Ferrari Ferrari 10 1:49.391 05 1:47.567 1:47.216 + 0.854
06 P.di Resta Force İndia Mercedes 02 1:48.028 08 1:47.667 1:47.241 + 0.879
07 M.Uebber Red Bull Renault 06 1:48.717 03 1:47.513 1:47.475 + 1.113
08 R.Qrojan Lotus Renault 01 1:47.688 04 1:47.529 1:47.788 + 1.426
09 M.Şumaher Mercedes AMG Mercedes 13 1:49.546 09 1:47.823
10 N.Rosberq Mercedes AMG Mercedes 11 1:49.463 10 1:47.943
11 N.Hülkenberq Force İndia Mercedes 14 1:49.547 11 1:47.975
12 K.Rəykkönen Lotus Renault 03 1:48.169 12 1:48.261
13 F.Massa Ferrari Ferrari 16 1:49.767 13 1:48.344
14 S.Peres Sauber Ferrari 08 1:49.055 14 1:48.505
15 D.Rikkardo Toro Rosso Ferrari 07 1:49.023 15 1:48.774
16 J.E.Vern Toro Rosso Ferrari 15 1:49.564 16 1:48.849
17 B.Senna Williams Renault 17 1:49.809 17
18 K.Kobayaşi Sauber Ferrari 18 1:49.933
19 V.Petrov Caterham Renault 19 1:50.846
20 H.Kovalaynen Caterham Renault 20 1:51.137
21 T.Qlok Marussia Cosworth 21 1:51.370
22 Ş.Pik Marussia Cosworth 22 1:51.762
23 N.Kartikeyan HRT Cosworth 23 1:52.372
24 P.de la Rosa HRT Cosworth 24 1:53.355

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sinqapur Qran Prisi: Sıralanma turu

Quru. Qaranlıq. Havanın temperaturu +30° C, trasın temperaturu +31° C Sinqapurda ötmək çox çətindir, ona görə də poul xüsusi əhəmiyyət […]

Quru. Qaranlıq. Havanın temperaturu +30° C, trasın temperaturu +31° C

Sinqapurda ötmək çox çətindir, ona görə də poul xüsusi əhəmiyyət kəsb edir. Cümə günü sürücülər SuperSoft təkərlərin tez yeyilməsindən narazı idilər, ona görə də sıralanma turunda minimal təkər dəstindən istifadə etməklə maksimal nəticə göstərmək çox önəmli idi.

Birinci sessiyada protokollara Sebastyan Fettel başçılıq edib, mübarizəni isə üç yeni komandanın sürücüləri ilə birlikdə Vitaliy Petrov dayandırıb. Bütün sürücülər 107%-lik səddi keçə biliblər. İkinci sessiyanın ortasında isə marşallar qırmızı bayraqları dalğalandırmalı olublar – on uncu döngənin porebrikində tullanan Kamui Kobayaşinin maşını idarəetməni itirərək divara çırpılıb. Protokollara yenə də Fettel başçılıq edib, mübarizəni isə Bruno Senna ilə birlikdə Toro Rosso, Sauber və Williams sürücüləri dayandırıblar. Beş komanda tam heyətlə son sessiyaya keçib.

Sonuncu sessiyada sürücülər müxtəlif sayda cəhdlər ediblər, Sutil və di Resta heç boksdan çıxmayıblar, Şumaher isə bir dövrəni tamamlamadan boksa qayıdıb.

Sebastyan Fettel mövsümdə 11-ci, karyerasında isə 26-cı poulunu qazanıb. Mark Uebber ikinci olmaqla Red Bull-a tam ilk cərgədən start almaq imkanı qazandırıb. İkinci cərgəni McLaren, üçüncü cərgəni Ferrari, dördüncü cərgəni Mercedes GP, beşinci cərgəni isə Force İndia sürücüləri zəbt ediblər. Start düzümü maşınların sürətinə uyğundur, amma sürücülərin təzə təkər dəstlərinin sayı müxtəlifdir.

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 01 1:46.397 01 1:44.931 1:44.381
02 M.Uebber Red Bull Renault 05 1:47.332 03 1:45.651 1:44.732 + 0.351
03 C.Batton McLaren Mercedes 02 1:46.956 02 1:45.742 1:44.804 + 0.423
04 L.Həmilton McLaren Mercedes 03 1:47.014 08 1:46.829 1:44.809 + 0.428
05 F.Alonso Ferrari Ferrari 04 1:47.054 04 1:45.779 1:44.874 + 0.493
06 F.Massa Ferrari Ferrari 08 1:47.945 05 1:45.955 1:45.800 + 1.419
07 N.Rosberq Mercedes GP Mercedes 06 1:47.688 07 1:46.405 1:46.013 + 1.632
08 M.Şumaher Mercedes GP Mercedes 14 1:48.819 06 1:46.043
09 A.Sutil Force İndia Mercedes 09 1:47.952 09 1:47.093
10 P.di Resta Force İndia Mercedes 10 1:48.022 10 1:47.486
11 S.Peres Sauber Ferrari 07 1:47.717 11 1:47.616
12 R.Barrikello Williams Cosworth 12 1:48.061 12 1:48.082
13 P.Maldonado Williams Cosworth 17 1:49.710 13 1:48.270
14 S.Buemi Toro Rosso Ferrari 13 1:48.753 14 1:48.634
15 B.Senna Lotus Renault GP Renault 15 1:48.861 15 1:48.662
16 X.Algersuari Toro Rosso Ferrari 16 1:49.588 16 1:49.862
17 K.Kobayaşi Sauber Ferrari 11 1:48.054 17
18 V.Petrov Lotus Renault GP Renault 18 1:49.835
19 H.Kovalaynen Team Lotus Renault 19 1:50.948
20 Y.Trulli Team Lotus Renault 20 1:51.012
21 T.Qlok Marussia Virgin Cosworth 21 1:52.154
22 J.D’Ambrozio Marussia Virgin Cosworth 22 1:52.363
23 D.Rikkardo Hispania Cosworth 23 1:52.404
24 V.Liutsi Hispania Cosworth 24 1:52.810

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*