Sinqapur Qran Prisi: Maşınların çəkisi

FİA Sinqapur Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına […]

FİA Sinqapur Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla gözlənildiyi Nik Haydfeld (BMW Sauber) çıxıbmış – alman sürücü aqresiv strategiya seçib və trasda qısa birinci hissə keçirəcək, peletondan pit-stopa ilk müraciət edən o olacaq. McLaren-in sürücüsü Heykki Kovalaynen ilk onluqda ən ağır maşınla olub və yanacaq doldurmağa sonuncu yollanacaq – əlbəttə, komandaların taktikasına hava şəraiti və Təhlükəsizlik Maşını müdaxilə edə bilər.

Startda ən ağır maşın isə Force İndia sürücüsü Adrian Sutildə olacaq…

Maşınların yanacaqla dolu çəkiləri, kq-la (ehtimal olunan ilk pit-stop dövrəsi):
1. L.Həmilton (McLaren) – 660.5 (19)
2. S.Fettel (Red Bull) – 651.0 (16)
3. N.Rosberq (Williams) – 657.5 (18)
4. M.Uebber (Red Bull) – 654.5 (17)
5. R.Barrikello (Brawn GP) – 655.5 (17)
6. F.Alonso (Renault) – 658.0 (18)
7. T.Qlok (Toyota) – 660.5 (19)
8. N.Haydfeld (BMW Sauber) – 650.0 (15)
9. R.Kubitsa (BMW Sauber) – 664.0 (22)
10. H.Kovalaynen (McLaren) – 664.5 (22)
11. K.Nakacima (Williams) – 680.7 (27)
12. C.Batton (Brawn GP) – 683.0 (29)
13. K.Rəykkönen (Ferrari) – 680.5 (27)
14. S.Buemi (Toro Rosso) – 678.0 (26)
15. Y.Trulli (Toyota) – 690.9 (30)
16. A.Sutil (Force İndia) – 693.0 (31)
17. X.Algersuari (Toro Rosso) – 683.5 (28)
18. C.Fizikella (Ferrari) – 678.5 (26)
19. R.Qrojan (Renault) – 683.0 (29)
20. V.Liutsi (Force İndia) – 656.0 (17)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*