F-1.az bildirir ki, onlayn toplantı təşkil edən Sinqapur rəsmiləri Formula1 rəhbərliyi ilə yarışın keçirilməsi barədə müzakirələr apardıqlarını təsdiq ediblər.
Çan Çun Sinq: “Əvvəlcə müqavilədə nəzərdə tutulan şərtlərdən hansıların yerinə yetirildiyinə baxmaq lazımdır. Danışıqlar davam etdiyi üçün indi yekun qərarı verə bilmərik”.
Qeyd edək ki, promouterlər yarışın tamaşaçısız keçirilməsini məqsədəuyğun hesab etmirlər. Sinqapur Turizm şurası daha əvvəl yarış günlərində əyləncə tədbirlərinin təşkil edilməsi üçün ən azı 4 tender elan edib, eyni zamanda da, epidemiyanın qarşısını almaq üçün bir sıra şərtlər irəli sürüb.