F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü hava buludlu, lakin yağıntısız olmalıdır. Temperaturun +31 dərəcəyə çatacağı gözlənilir. Şənbə günü də istilik eyni olacaq, lakin günün ilk yarısı yağış yağacaq.
Bazar günü də temperatur dəyişməyəcək, lakin günboyu yağış, hətta tufan gözlənilir.
Xatırladaq ki, keçən il burada həm sıralanma turu, həm də yarış nəm trasda baş tutmuşdu.