Sinqapur-2023: Ferrari sürücüləri cümə günü hamıdan güclü olublar

Sinqapurda ikinci məşqlər ən faydalıdır. Komandalar günün istisindən sonra, şərtlər şənbə günü sıralanma turu və bazar günü yarışda olduğu kimi təxminən eyni olanda maşınların trasdakı davranışını qiymətləndirə biliblər.

F-1.az xəbər verir ki, fasilədən sonra trasın vəziyyəti yaxşılaşıb, əyləc zonalarında asfalt işlənmiş rezinlə örtülüb ki, bu da sürətə müsbət təsir edib.

Red Bull Peresin maşınına yeni altlıq quraşdırıb – Ferstappen bu altlığı ilk məşqlərdə sınaqdan keçirib – mühəndislər üçün sürücülərin hisslərini və maşının səmərəliliyinə təsirini müqayisə etmək vacib olub. Alpine komandası da yeni elementləri sınaqdan keçirib.

Əlbon güc qurğusunun qüvvə itirməsindən şikayətlənib, pitə qayıdıb, maşını mexaniklərə verib və bir daha trasa çıxmayıb.

Ferstappenə trasla mexaniki ilişmə çatışmayıb, Peres mühəndisə bolidi divara vurmaq üzrə olduğunu, arxa hissəsinin o qədər qeyri-sabit olduğunu söyləyib – Sinqapur treki çox spesifikdir. Maqnussen və Stroll maşınlar üçün heç bir zərər olmadan arxa təkərləri ilə baryerlərə toxunublar.

Günün ikinci yarısında olduğu kimi, yüksək mövqeləri Ferrari sürücüləri tutublar, lakin fərqli ardıcıllıqla – bu dəfə Sayns birinci, Leklerk isə ikinci olub. Qüvvələr nisbəti çox maraqlı alınıb.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:32.120 26
2 16 Şarl Lekler Ferrari 1:32.138 + 0:00.018 27
3 63 Corc Rassell Mercedes 1:32.355 + 0:00.235 25
4 14 Fernando Alonso Aston Martin 1:32.478 + 0:00.358 25
5 44 Lyuis Həmilton Mercedes 1:32.585 + 0:00.465 23
6 4 Lando Norris McLaren 1:32.711 + 0:00.591 23
7 11 Serxio Peres Red Bull 1:32.812 + 0:00.692 23
8 1 Maks Ferstappen Red Bull 1:32.852 + 0:00.732 23
9 20 Kevin Maqnussen Haas 1:33.017 + 0:00.897 25
10 77 Valtteri Bottas Alfa Romeo 1:33.105 + 0:00.985 24
11 27 Niko Hülkenberq Haas 1:33.139 + 0:01.019 22
12 40 Liam Louson AlphaTauri 1:33.285 + 0:01.165 27
13 31 Esteban Okon Alpine 1:33.361 + 0:01.241 25
14 18 Ləns Stroll Aston Martin 1:33.390 + 0:01.270 25
15 81 Oskar Piastri McLaren 1:33.461 + 0:01.341 23
16 22 Yuki Tsunoda AlphaTauri 1:33.477 + 0:01.357 27
17 24 Quanyu Çjou Alfa Romeo 1:33.575 + 0:01.455 25
18 10 Pyer Qasli Alpine 1:33.824 + 0:01.704 24
19 2 Loqan Sarcent Williams 1:34.327 + 0:02.207 28
20 23 Aleks Əlbon Williams 1:35.558 + 0:03.438 05
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*