F-1.az xəbər verir ki, sürücülər dərhal trasa çıxıblar. Burada sıralanma turu və yarış gecə baş tutduğundan, ilk və son məşqlər çox əhəmiyyətli hesab edilmir. Dünən sürücülər asfaltla ilişmənin yaxşı olmamasından şikayətləniblər.
Ferstappen ötürmələr qutusundan şikayətlənib, Peres və Həmilton da maşının davranışından şikayətləniblər. Lekler birinci döngəni kəsib, Louson yerində fırlanıb. Lakin hər ikisi yoluna davam edə bilib.
Dünən olduğu kimi, bu gün də ən sürətli dövrə Karlos Saynsdan gəlib – 1:32.065. Bizi çox maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 55 | Karlos Sayns | Ferrari | 1:32.065 | – | 23 |
2 | 63 | Corc Rassell | Mercedes | 1:32.134 | +0.069 | 20 |
3 | 4 | Lando Norris | McLaren | 1:32.303 | +0.238 | 17 |
4 | 1 | Maks Ferstappen | Red Bull | 1:32.378 | +0.313 | 21 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:32.381 | +0.316 | 25 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | 1:32.535 | +0.470 | 18 |
7 | 81 | Oskar Piastri | McLaren | 1:32.730 | +0.665 | 18 |
8 | 11 | Serxio Peres | Red Bull | 1:32.784 | +0.719 | 20 |
9 | 27 | Niko Hülkenberq | Haas | 1:32.896 | +0.831 | 18 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:32.945 | +0.880 | 18 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:32.970 | +0.905 | 16 |
12 | 31 | Esteban Okon | Alpine | 1:32.979 | +0.914 | 19 |
13 | 14 | Fernando Alonso | Aston Martin | 1:33.051 | +0.986 | 19 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:33.126 | +1.061 | 23 |
15 | 10 | Pyer Qasli | Alpine | 1:33.351 | +1.286 | 19 |
16 | 40 | Lyam Louson | AlphaTauri | 1:33.357 | +1.292 | 19 |
17 | 23 | Aleksander Elbon | Williams | 1:33.370 | +1.305 | 15 |
18 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:33.540 | +1.475 | 26 |
19 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:33.637 | +1.572 | 24 |
20 | 2 | Loqan Sarcent | Williams | 1:33.708 | +1.643 | 16 |