Sinqapur-2023: Birinci sərbəst yürüşlər

Burada ilk məşqlər gündüzə düşdüyündən çox əhəmiyyət daşımır, lakin sürücülər yeni konfiqurasiya ilə tanış ola biliblər.

F-1.az bildirir ki, burada dəstək yarışları keçiirlmədiyi üçün trasın vəziyyəti pis olub. İstilik və yüksək rütubətin də olması işləri çətinləşdirib. Stroll 20 dəqiqə vaxt itirib. Alonso və Peres trasdan çıxıblar. Heç kim sürətlərini artırmağa tələsməyib.

27-ci dəqiqədə trasa böyük kərtənkələ girdiyi üçün sarı bayraqlar dalğalandırılıb. İkinci dəfə də sarı bayraqlar eyni səbəblə görünüb. Hətta trası üçüncüsü də ziyarət edib.

Ferrari sürücüləri ən sürətli olublar, Şarl Lekler 1:33.350 ilə protokollara başçılıq edib. İkinci məşqlər güc nisbətləri barədə daha məlumatlandırıcı olmalıdır, təbii ki, yağış yağmazsa…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:33.350 25
2 55 Karlos Sayns Ferrari 1:33.428 +0.078 24
3 1 Maks Ferstappen Red Bull 1:33.476 +0.126 22
4 4 Lando Norris McLaren 1:33.522 +0.172 24
5 44 Lyuis Həmilton Mercedes 1:33.540 +0.190 21
6 63 Corc Rassell Mercedes 1:33.695 +0.345 25
7 11 Serxio Peres Red Bull 1:33.725 +0.375 22
8 14 Fernando Alonso Aston Martin 1:33.974 +0.624 28
9 22 Yuki Tsunoda AlphaTauri 1:34.042 +0.692 25
10 31 Esteban Okon Alpine 1:34.066 +0.716 24
11 18 Ləns Stroll Aston Martin 1:34.568 +1.218 25
12 10 Pyer Qasli Alpine 1:34.639 +1.289 23
13 23 Aleksander Elbon Williams 1:34.657 +1.307 19
14 77 Vlatteri Bottas Alfa Romeo 1:34.802 +1.452 25
15 20 Kevin Maqnussen Haas 1:34.887 +1.537 23
15 40 Lyam Louson AlphaTauri 1:34.894 +1.544 27
17 27 Niko Hülkenberq Haas 1:34.985 +1.635 22
18 24 Quanyu Çjou Alfa Romeo 1:35.456 +2.106 25
19 81 Oskar Piastri McLaren 1:35.474 +2.124 22
20 2 Loqan Sarcent Williams 1:35.778 +2.428 24
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*