Sinqapur-2022: Yarış

F1 3 illik fasilədən sonra Sinqapura qayıdıb vı tribunalarda boş yer olmayıb. Bura 116 xallıq fərqlə gələn Maks Ferstappenin titulu vaxtından əvvəl rəsmiləşdirmək şansı olub.

F-1.az xatırladır ki, cümə günü sərbəst yürüşlərdə əvvəlcə Lyuis Həmilton, sonra isə Karlos Sayns hamını üstələyib. Dünən isə Şarl Lekler yağışlı havada ən yaxşı nəticəni göstərib. Monakolu sürücü sıralanma turunda da hamıdan uğurlu olaraq mövsümdə doqquzuncu poulunu əldə edib.

Yarışdan əvvəl başlayan şiddətli yağışa görə start 1 saatdan çox təxirə salınıb. Asfalt qurusuda da, bir çox döngələrdə xeyli miqdarda su qalıb. Start üçün hamı keçid təkərlərini seçib.

Yarışa ilk cərgədən Lekler və Peres, ikinci cərgədən Həmilton və Sayns başlayıb. Ferstappen sıralanmada az yanacaq ehtiyatı götürdüyü üçün yalnız 8-ci ola bilib. 11-ci olan Rassell isə güc qurğusunu tamamilə dəyişib və yarışa başlamaq üçün pit yolunda gözləyib.

Startda Peres Lekleri keçərək liderliyə yüksəlib, Sayns Həmiltonu trasdan çıxmağa məcbur edib. Ferstappen yerindən pis tərpənərək 12-ci yerə yuvarlanıb, Alonso isə 2 yer itirib. Fettel 5 yer qazanıb. İkinci turda ilk onluq: Peres – Lekler – Sayns – Həmilton – Norris – Alonso – Qasli – Fettel – Tsunoda – Stroll.

Ferstappen Maqnussen və Strollu keçərək ilk onluğa yüksəlib. Daha sonra isə Tsunodanı da keçib. Rassell Latifini geridə qoyub. Ön qanadı zədələnmiş Maqnussenə narıncı-qara bayraq göstərilib və sürücü erkən pit-Stop edib. Çjounun Latifiyə hücumu təmasla nəticələnib – Quanyu üçün yarış başa çatıb, Nikolas isə pit yoluna gələrək ön qanadını dəyişib. TM trasa daxil olub.

Restart 10-cu dövrədə verilib. Ferstappen Fetteli qabaqlayıb, Qasli də ona yol verib. Asfalt çox ləng quruyub, DRS-ə icazə verilmədiiyndən, dar trasda ötmələr də çox çətin olub.

Alonso motor güc itirdiyi üçün dayanmalı olub. Maşının təxliyəsi üçün VTM rejimi elan edilib. Rassell təkərlərini dəyişərək sliklərə keçən ilk sürücü olub, lakin maşını çətinliklə trasda saxlaya bilib, rəqiblərindən ciddi şəkildə geridə qalıb. Mübarizə 23-cü dövrədə bərpa edilib. Elbon 3 dövrə sonra maneəyə çıxpılaraq ön qanadını itirib, boksa gələrək yarışdan çəkilib. VTM rejimi yenidən aktivləşdirilib.

Bu dəfə restart 1 dövrə sonra verilib, az sonra isə Okon motoru sıradan çıxdığı üçün dayanmalı olduğundan, rejim yenidən elan edilib. Sürücülər mübarizəyə 30-cu dövrədə davam ediblər. Ferstappenin Norrisə hücum cəhdləri nəticəsiz qalıb. Həmilton 33-cü dövrədə maneəyə çırpılaraq 3 pillə itirib və zədələnmiş qanadı ilə yola davam edib.

Rassell sliklərlə sürətlənməyə başlayanda hamı pit-stop etməyə tələsib. 34-cü dövrədən etibarəb Qasli, Lekler, Həmilton, Fettel, Şumaxer, Peres, Sayns, Ferstappen və Stroll quru təkərlərə keçiblər. 2 dövrə sonra Tsunoda da qəza edib, TM trasa daxil olub. Bütün peleton sliklərə keçib. Təhlükəsizlik Maşınının arxasında ilk onluq: Peres – Lekler – Sayns – Norris – Ferstappen – Rikkardo – Stroll – Fettel – Həmilton – Qasli.

Restartda Rassell dərhal Maqnusseni geridə qoyub. Ferstappen Norrisi ötsə də, təhlükəsizlik cibinə girərək 3 yer itirib. Daha sonra isə zədələnmiş təkəri dəyişmək üçün pit yoluna gəlib və Soft təkərlərə keçib. Rassell Şumaxerə hücum edərkən yaşanan təmas təkərlərin partlamasına səbəb olub və hər iki sürücü pit-stopa yollanıb.

DRS-ə icazə yalnız 44-cü dövrədə verilib, lakin ötmə sayı artmayıb. Lekler Peresə, Həmilton isə Saynsa hücumlar etsə də, keçə bilməyiblər. Bottası qabaqlayan Ferstappenə Qasli yenə də yol verib. Peres TM-nı 10 maşın məsafəsindən daha uzağa buraxdığı üçün araşdırılıb, bu barədə sürücüyə məlumat verilib və sürəti artırması istənilib. Yarışdan sonra ona 5 saniyəlik cəza, 2 cərimə balı və xəbərdarlıq verilsə də, nəticəyə heç bir təsir etməyib.

Rassell 53-cü dövrədə yenə təkərlərini dəyişib. Fettel Həmilton və Ferstappen bir-birini izləyib. Maks Lyuisi keçib, son dövrədə isə Fetteli də geridə qoyub. Yarış 2 saat tamam olduğu üçün 59-cu dövrədə dayandırılıb.

Serxio Peres ilk dəfə mövsümdə ikinci qələbəsinə sevinib. Bu, meksikalı sürücünün karyerasında 4-cü zəfərdir. Şarl Lekler və Karlos Sayns isə Ferrari-yə qoşa podium qazandırıblar.

Mübarizə gələn həftə Suzukada davam edəcək. Orada çempionun adı müəyyənləşə bilər…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 11 Serxio Peres * Red Bull 2:02:20.238 1
2 16 Şarl Lekler Ferrari + 0:02.595 1
3 55 Karlos Sayns Ferrari + 0:10.305 1
4 4 Lando Norris McLaren + 0:21.133 1
5 3 Daniel Rikkardo McLaren + 0:53.282 1
6 18 Ləns Stroll Aston Martin + 0:56.330 1
7 1 Maks Ferstappen Red Bull + 0:58.825 2
8 5 Sebastyan Fettel Aston Martin + 0:60.032 1
9 44 Lyuis Həmilton Mercedes + 0:61.515 1
10 10 Pyer Qasli AlphaTauri + 0:69.576 1
11 77 Valtteri Bottas Alfa Romeo + 0:88.844 1
12 20 Kevin Maqnussen Haas + 0:92.610 2
13 47 Mik Şumaxer Haas +1 dövrə 2
14 63 Corc Rassell Mercedes +2 dövrə 4

 

* – TM rejimi qaydasını pozduğu üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:46.458 (56-cı dövrə, 171,211 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Yuku Tsunoda AlphaTauri 36 qəza
Esteban Okon Alpine 28 güc qurğusu
Aleksander Elbon Williams 27 asılqan
Fernando Alonso Alpine 22 güc qurğusu
Nikolas Latifi Williams 9 qəza
Quanyu Çjou Alfa Romeo 8 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 341
2 16 Şarl Lekler Scuderia Ferrari 237
2 11 Serxio Peres Red Bull Racing 235
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 203
5 55 Karlos Sayns Scuderia Ferrari 202
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 170
7 4 Lando Norris McLaren Racing 100
8 31 Esteban Okon Alpine F1 Team 66
9 14 Fernando Alonso Alpine F1 Team 59
10 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
11 3 Daniel Rikkardo McLaren Racing 29
12 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 24
13 10 Pyer Qasli Scuderia AlphaTauri 23
14 10 Kevin Maqnussen Haas F1 Team 22
15 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 13
16 47 Mik Şumaxer Haas F1 Team 12
17 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
18 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 6
19 23 Aleksander Elbon Williams Racing 4
20 34 Nik de Vriz Williams Racing 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 576
2 Scuderia Ferrari Ferrari 439
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 373
4 McLaren F1 Team Mercedes 129
5 Alpine F1 Team Renault 125
6 Alfa Romeo F1 Team ORLEN Ferrari 52
7 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 37
8 Haas F1 Team Ferrari 34
9 Scuderia AlphaTauri Red Bull 34
10  Williams Racing Mercedes 6

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*