Sinqapurda sıralanma turu ən həlledici sessiya hesab edilir. Burada baş tutan 12 yarışın 8-də pouldan başlayan sürücülər qalib gəliblər.
F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Lyuis Həmilton, sonra isə Karlos Sayns hamını üstələyib. Bu gün isə Şarl Lekler yağışlı havada ən yaxşı nəticəni göstərib.
İlk sessiyada sürücülər keçid təkərləri ilə trasa çıxıblar. Yaxşı nəticə göstərmək üçün ardıcıl dairələr vurmaq lazım gəlib. Maqnussen, Lekler, Elbon və Alonso təhlükəsizlik ciblərinə girsələr də, yollarına davam ediblər. Ferstappen Həmiltonu cüzi fərqlə qabaqlayaraq birinci olub – 1:53.057. Okon əyləc probleminə görə boksa qayıdıb. Latifi, Elbon, Okon, Rikkardo və Bottas üçün sıralanma turu başa çatıb.
İkinci Sessiyada da hamı keçid təkərlərini seçib. Onları ideal vəziyyətə gətirmək üçün yenə bir neçə dövrəyə ehtiyac yaranıb. Lekler 1:52.343-lük ilk cəhdi ilə hamını üstələyib. Stroll, Fettel və Çjou sliklərə keçsələr də, nəticələrini yaxşılaşdıra bilməyiblər. Bu 3 sürücü ilə yanaşı, Şumaxer və Rassell də poul uğrunda mübarizəni dayandırmalı olublar.
Son sessiyada Tsunoda və Maqnussen keçid təkərləri ilə boksları tərk edib, digərləri isə Soft təkərləri seçiblər. Əvvəlcə Həmilton hamıdan sürətli olsa da, daha sonra Lekler təşəbbüsü ələ alıb və ən yaxşı dövrəni vurub. Ferstappen bəlkə də, poul üçün kifayət edəcək sürətlə gələrkən komanda tərəfindən boksa çağrılıb.
Şarl Lekler mövsümdə 9-cu, karyerasında isə 18-ci dəfə poula sevinib. Sabahkı yarışa onunla ilk cərgədən Serxio Peres başlayacaq. Bu ikilinin arxasında Lyuis Həmilton və Karlos Sayns, üçüncü cərgədə isə Fernando Alonso və Lando Norris qərarlaşacaqlar. Maks Ferstappen yalnız 8-ci yeri tuta bilib.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 3 | 1:54.129 | 7 | 1 | 1:52.343 | 7 | 1:49.412 | 6 |
2 | 11 | Serxio Peres | Red Bull | 4 | 1:54.404 | 7 | 4 | 1:52.818 | 5 | 1:49.434 | 8 |
3 | 44 | Lyuis Həmilton | Mercedes | 2 | 1:53.161 | 9 | 2 | 1:52.691 | 7 | 1:49.466 | 8 |
4 | 55 | Karlos Sayns | Ferrari | 5 | 1:54.559 | 8 | 6 | 1:53.219 | 7 | 1:49.583 | 7 |
5 | 14 | Fernando Alonso | Alpine | 9 | 1:55.360 | 8 | 5 | 1:53.127 | 8 | 1:49.966 | 7 |
6 | 4 | Lando Norris | McLaren | 15 | 1:55.914 | 9 | 9 | 1:53.942 | 8 | 1:50.584 | 7 |
7 | 10 | Pyer Qasli | AlphaTauri | 12 | 1:55.606 | 9 | 7 | 1:53.546 | 8 | 1:51.211 | 7 |
8 | 1 | Maks Ferstappen | Red Bull | 1 | 1:53.057 | 8 | 3 | 1:52.723 | 5 | 1:51.395 | 7 |
9 | 20 | Kevin Maqnussen | Haas | 7 | 1:55.103 | 8 | 10 | 1:54.006 | 8 | 1:51.573 | 7 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | 8 | 1:55.314 | 9 | 8 | 1:53.848 | 7 | 1:51.983 | 7 |
11 | 63 | Corc Rassell | Mercedes | 6 | 1:54.633 | 9 | 11 | 1:54.012 | 8 | ||
12 | 18 | Ləns Stroll | Aston Martin | 13 | 1:55.629 | 7 | 12 | 1:54.211 | 8 | ||
13 | 47 | Mik Şumaxer | Haas | 14 | 1:55.736 | 8 | 13 | 1:54.370 | 8 | ||
14 | 5 | Sebastyan Fettel | Aston Martin | 11 | 1:55.602 | 8 | 14 | 1:54.380 | 7 | ||
15 | 23 | Quanyu Çjou | Alfa Romeo | 10 | 1:55.375 | 7 | 15 | 1:55.518 | 7 | ||
16 | 77 | Valtteri Bottas | Alfa Romeo | 16 | 1:56.083 | 7 | |||||
17 | 3 | Daniel Rikkardo | McLaren | 17 | 1:56.226 | 9 | |||||
18 | 31 | Esteban Okon | Alpine | 18 | 1:56.337 | 9 | |||||
19 | 23 | Aleksander Elbon | Williams | 19 | 1:56.985 | 7 | |||||
20 | 6 | Nikolas Latifi | Williams | 20 | 1:57.532 | 8 |