F-1.az bildirir ki, ilk sessiyada 20 dəqiqə itirən Lekler bu dəfə də trasa vaxtında çıxa bilməyib – maşın sökülüb və mexaniklər altlığı dəyişiblər. Red Bull sürücüləri də ləngiyib – Ferstappenin maşınında ön asılqan yenilənib, Peresin maşınında isə sürüşlə bağlı problemlər yaranıb. Maks trasa çıxsa da, asılqandakı problemə görə qayıtmalı olub.
Tsunoda yanacaq sistemindəki problemə görə sessiyanı vaxtından əvvəl başa vurub. Məşqlər yeni insidentsiz ötüşməyib – Həmilton 1-ci, Fettel 11-ci, Maqnussen 14-cü, Bottas 16-cı, Qasli isə 18-ci döngədə təhlükəsizlik cibinə girib. Alonso və Peres isə bariyerlərlə təmas edib.
Qaslinin avtomobili pit yolunda yuxarı hava girişi tərəfdən yanmağaa başlayıb. Pyer maşını tərk etməyi bacarıb, mexaniklər alovu söndürüblər. Fransız sürücü 10 dəqiqə sonra yenidən trasa çıxıb.
Bu dəfə hamıdan sürətli Karlos Sayns olub – 1:42.587. Məşqlər sabah davam edəcək.
155Karlos SaynsFerrari1:42.587-23
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:42.795 | + 0:00.208 | 14 |
3 | 63 | Corc Rassell | Mercedes | 1:42.911 | + 0:00.324 | 26 |
4 | 1 | Maks Ferstappen | Red Bull | 1:42.926 | + 0:00.339 | 8 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | 1:43.182 | + 0:00.595 | 22 |
6 | 31 | Esteban Okon | Alpine | 1:43.412 | + 0:00.825 | 23 |
7 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:43.431 | + 0:00.844 | 26 |
8 | 14 | Fernando Alonso | Alpine | 1:43.520 | + 0:00.933 | 23 |
9 | 11 | Serxio Peres | Red Bull | 1:43.906 | + 0:01.319 | 13 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 1:43.982 | + 0:01.395 | 21 |
11 | 4 | Lando Norris | McLaren | 1:44.013 | + 0:01.426 | 16 |
12 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:44.249 | + 0:01.662 | 24 |
13 | 20 | Kevin Maqnussen | Haas | 1:44.422 | + 0:01.835 | 22 |
14 | 10 | Pyer Qasli | AlphaTauri | 1:44.469 | + 0:01.882 | 22 |
15 | 23 | Quanyu Çjou | Alfa Romeo | 1:44.524 | + 0:01.937 | 25 |
16 | 23 | Aleksander Elbon | Williams | 1:45.144 | + 0:02.557 | 25 |
17 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:45.211 | + 0:02.624 | 11 |
18 | 3 | Daniel Rikkardo | McLaren | 1:45.447 | + 0:02.860 | 18 |
19 | 47 | Mik Şumaxer | Haas | 1:45.623 | + 0:03.036 | 23 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:46.553 | + 0:03.966 | 25 |