F-1.az xatırladır ki, cümə və şənbə məşqlərində Red Bull və Ferrari sürücüləri protokollara başçılıq etsələr də, sıralanma turunda Həmilton bütün 23 döngədə ideal işləyərək möhtəşəm nəticəyə imza atıb – 1:36.015.
Maks Ferstappen yeni C versiyalı Renault güc qurğusu ilə problemlər yaşasa da, ikinci nəticə göstərib. İkinci cərgədən start almaq şansını Fettel və Bottas, üçüncü cərgədən isə Rəykkönen və Rikkardo qazanıblar.
Pirelli bu dəfə tərkib cərgəsində SuperSoft-u buraxaraq küçə yarışına HyperSoft, UltraSoft və Soft tərkiblərini gətirib, tərkiblər arasında sürət fərqi böyük olduğu üçün ilk onluq HyperSoft-la start almalı olub. Startda Alonso, Sayns, Lekler, Eriksson, Maqnussen, Vandorn və Sirotkin UltraSoft tərkibini, Stroll Soft-u, digərləri isə HyperSoft-u seçiblər.
Startda Həmilton liderliyini qoruyub. Okon komanda yoldaşı Pereslə təmasdan sonra baryerlərə çırpılaraq mübarizəni dayandırıb. İnsidenti araşdıran stüardlar cəza tətbiq etməyiblər.
İkinci yer uğrunda mübarizədə Fettel Ferstappeni qabaqlayıb. Hülkenberq bir neçə yer itirib, Sirotkin isə Vandornu üstələyib. Okonun maşınını təxliyə etmək üçün trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. TM-in arxasında ilk onluq: Həmilton – Fettel – Ferstappen – Bottas – Rəykkönen – Rikkardo – Peres – Qrojan – Alonso – Sayns.
3-cü dövrədə Sirotkin ön qanadını dəyişərək yeni təkər dəstinə keçib. 4-cü dövrədə isə restart elan olunub. Həmilton liderliyini qoruyub. Vəziyyət stabilləşib, peleton uzanıb. 11-ci dövrədən sonra Lyuis bir qədər tempini artırıb ki, Fettel tərəfindən pit-stopda keçilməsin – fərq 3 saniyəyə çatıb.
15-ci dövrədə Fettel və Hartli boksa yollanıblar. Fettel Peresin arxasında trasa qayıdıb və zaman itirməyə başlayıb. Növbəti dövrədə iki sektorda rekord nəticə göstərən Həmilton da boksa yollanıb – Lyuis Peresin önündə trasa qayıda bilib.
16-cı dövrədə Hülkenberq də təkərlərini dəyişib. 17-ci dövrədə Bottas və Qrojan, 18-ci dövrədə isə Ferstappen və Peres mexaniklərinə qonaq olublar. Peresdən azad olan Fettel nə qədər sürətini artırsa da, pit-leynin çıxışında Ferstappenlə yanaşı ilk döngəyə girməli olub. Daxili radiusda olan hollandiyalı sürücü dueldən qalib ayrılıb.
23-cü dövrədə Rəykkönen, 26-cı dövrədə Leklerə uduzan Qasli, 27-ci dövrədə Maqnussen yeni təkər dəsti alıblar. 28-ci dövrədə Rikkardo pit-stopunu gerçəkləşdirib.
34-cü dövrədə Sirotkini ötməyə çalışan Peres maşının rusiyalı sürücünün üstünə sürüb. Təmas nəticəsində Serxionun arxa sol təkəri deşilib və boksa yollanmalı olub. Stüardlar isə meksikalı sürücünü pit-leyndən keçməklə cəzalandırıblar. Sirotkinin də maşını zədələnib, amma rusiyalı sürücü yoluna davam edib. Hülkenberq növbəti dövrədə onu qabaqlayıb.
38-ci dövrədə Hartli, Maqnussen və Sayns da təkərlərini dəyişiblər. 39-cu dövrədə Alonso və Lekler də eyni addımı atıblar. 42-ci dövrədə Stroll boksa yollanıb.
43-cü dövrədə Maqnussen 17-ci yer uğrunda mübarizədə Hartlini üstələyib. Qrojan mavi bayraqlara məhəl qoymadığı üçün 5 saniyəlik cəzaya layiq görülüb. 44-cü dövrədə Vandorn və 45-ci dövrədə isə Eriksson da boksa baş çəkiblər. Hartli ilə mübarizədə Sirotkin rəqibini trasın xaricinə çıxarıb və stüardlar tərəfindən 5 saniyəlik cərimə alıb. 46-cı dövrənin sonunda ilk onluq: Həmilton – Ferstappen – Fettel – Bottas – Rəykkönen – Rikkardo – Alonso – Sayns – Lekler – Hülkenberq.
46-cı dövrədə Peres bir daha Sirotkini üstələyib. Növbəti dövrədə Sergey boksa yönəlib – həm cəzasını çəkib, həm də təkərlərini dəyişib. 50-ci dövrədə Maqnussen sonuncu dəfə mexaniklərinə qonaq olub.
Lyuis Həmilton Sinqapurda finiş xəttini birinci keçərək karyerasında 69-cu qələbəsinə sevinib. Mövsümdə 7-ci qələbəsini qazanan britaniyalı sürücü Fettel üzərində üstünlüyünü 40 xala çatdırıb, mövsümün sonuna isə 6 yarış qalıb.
Maks Ferstappen finişdə ikinci olub, Fettel isə podiumu tamamlayıb.
İki həftədən sonra mübarizə Soçidə davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:51:11.611 | 1 |
2 | 33 | Maks Ferstappen | Red Bull | + 0:08.961 | 1 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:39.945 | 1 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:51.930 | 1 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:53.001 | 1 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:53.982 | 1 |
7 | 14 | Fernando Alonso | McLaren | + 1:43.011 | 1 |
8 | 55 | Karlos Sayns | Renault | + 1 dövrə | 1 |
9 | 16 | Şarl Lekler | Sauber | + 1 dövrə | 1 |
10 | 27 | Niko Hülkenberq | Renault | + 1 dövrə | 1 |
11 | 9 | Markus Eriksson | Sauber | + 1 dövrə | 1 |
12 | 2 | Stoffel Vandorn | McLaren | + 1 dövrə | 1 |
13 | 10 | Pyer Qasli | Toro Rosso | + 1 dövrə | 1 |
14 | 18 | Ləns Stroll | Williams | + 1 dövrə | 1 |
15 | 8 | Roman Qrojan (*) | Haas | + 1 dövrə | 1 |
16 | 11 | Serxio Peres | Racing Point | + 1 dövrə | 3 |
17 | 28 | Brendon Hartli | Toro Rosso | + 1 dövrə | 2 |
18 | 20 | Kevin Maqnussen | Haas | + 2 dövrə | 3 |
19 | 35 | Sergey Sirotkin | Williams | + 2 dövrə | 2 |
* mavi bayraqlara məhəl qoymadığl üçün Qrojanın yekun nəticəsinə 5 saniyə əlavə olunub
Sürətli dövrə: Kevin Maqnussen (Haas) – 1:41.905 (50-ci dövrə, 178.860 km/saat).
MÜBARİZƏNİ DAYANDIRAN:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Esteban Okon | Racing Point | 0 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 281 | |
2 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 241 | |
3 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 174 | |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 171 | |
5 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 148 | |
6 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 126 | |
7 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 53 | |
8 | 14 | Fernando Alonso | McLaren F1 Team | 50 | |
9 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 49 | |
10 | 11 | Serxio Peres | Racing Point Force India | 46 | |
11 | 31 | Esteban Okon | Racing Point Force India | 45 | |
12 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 38 | |
13 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 28 | |
14 | 8 | Roman Qrojan | Haas F1 Team | 27 | |
15 | 16 | Şarl Lekler | Alfa Romeo Sauber F1 Team | 15 | |
16 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
17 | 18 | Ləns Stroll | Williams Martini Racing | 6 | |
18 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 6 | |
19 | 28 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 2 | |
20 | 35 | Sergey Sirotkin | Williams Martini Racing | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 452 |
2 | Scuderia Ferrari | Ferrari | 415 |
3 | Aston Martin Red Bull Racing | Renault | 274 |
4 | Renault Sport Formula 1 Team | Renault | 91 |
5 | Haas F1 Team | Ferrari | 76 |
6 | McLaren F1 Team | Renault | 58 |
7 | Racing Point Force India | Mercedes | 32 |
8 | Red Bull Toro Rosso Honda | Honda | 30 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 21 |
10 | Williams Martini Racing | Mercedes | 7 |