Derek Uorik 1981-ci ildə Toleman komandası ilə Formula1-də debüt edib, daha sonra Renault, Brabham, Arrows və Lotus komandalarında çıxış etməklə 146 yarışda start alıb. Dörd dəfə podiuma qalxan britaniyalı sürücü karyerasını 1993-cü ildə başa vurub.
F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Dereklə birlikdə həftəsonunun mübahisəli insidentlərini Almaniyanın DMSB assosiasiyasının üzvü, DTM-in daimi stüardı Gerd Ennzer və Avstraliya avtoidman konfederasiyasının keçmiş vitse-prezidenti Steven Çoppinq araşdıracaqlar.