Sinqapur-2018: Üçüncü sərbəst yürüşlər

Sinqapurda məşqlərin 3-cü sessiyası məlumat baxımından məhsuldar sayılmır - qızmar günəş altında asfaltın temperaturu həm sıralanma turunda, həm də yarışda olduğundan yüksəkdir. Amma komandalar mühəndislərin dünənki məlumatlara əsasən sazlanmalara etdikləri düzəlişləri yoxlamaq üçün trasda işləyiblər.

F-1.az xəbər verir ki, Sinqapurda həlledici sessiya sıralanma turu hesab olunduğu üçün komandalar məhz bu sessiyaya hazırlığa diqqət ediblər, ona görə də hamı ancaq HyperSoft tərkiblərdən istifadə edib.

Maks Ferstappen sessiyanın yarısını itirməli olub – ilk dövrəsindən sonra maşını mexaniklərə təhvil verən Maks yarım saatdan sonra trasa qayıda bilib.

Sessiyanın 35-ci dəqiqəsində Fettel yeni HyperSoft-la trasın mütləq rekordunu ələ keçirib – 1:38.054, bu nəticəni yaxşılaşdıran olmayıb.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:38.054 19
2 7 Kimi Rəykkönen Ferrari 1:38.416 + 0:00.362 16
3 44 Lyuis Həmilton Mercedes AMG 1:38.558 + 0:00.504 14
4 77 Valtteri Bottas Mercedes AMG 1:38.603 + 0:00.549 17
5 3 Daniel Rikkardo Red Bull 1:39.186 + 0:01.132 14
6 33 Maks Ferstappen Red Bull 1:39.265 + 0:01.211 10
7 8 Roman Qrojan Haas 1:39.747 + 0:01.693 14
8 31 Esteban Okon Racing Point 1:40.073 + 0:02.019 14
9 11 Serxio Peres Racing Point 1:40.231 + 0:02.177 14
10 14 Fernando Alonso McLaren 1:40.254 + 0:02.200 10
11 27 Niko Hülkenberq Renault 1:40.450 + 0:02.396 17
12 20 Kevin Maqnussen Haas 1:40.559 + 0:02.505 13
13 55 Karlos Sayns Renault 1:40.591 + 0:02.537 14
14 10 Pyer Qasli Toro Rosso 1:40.686 + 0:02.632 16
15 2 Stoffel Vandorn McLaren 1:40.798 + 0:02.744 15
16 16 Şarl Lekler Sauber 1:40.915 + 0:02.861 20
17 28 Brendon Hartli Toro Rosso 1:41.562 + 0:03.508 18
18 35 Sergery Sirotkin Williams 1:41.884 + 0:03.830 19
19 9 Markus Eriksson Sauber 1:41.953 + 0:03.899 18
20 18 Ləns Stroll Williams 1:42.220 + 0:04.166 18
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*