F-1.az xatırladır ki, cümə günü Daniel Rikkardo və Kimi Rəykkönen protokollara başçılıq etsələr də, bu gün səhər titula namizəd Sebastyan Fettel ən yaxşın izləyicisi Kimini yarım saniyədən çox qabaqlayıb.
Pirelli bu dəfə şəhər yarışına HyperSoft, UltraSoft və (SuperSOft-u buraxaraq) Soft tərkiblərini gətirib. Amma tərkiblər arasında sürət fərqi gözlənildiyindən çox olub, hətta ən yumşaq tərkiblər arasında saniyə yarım sürət fərqi olub…
Birinci sessiyada bütün sürücülər trasa HyperSoft tərkiblə çıxsalar da, Mercedes sürücüləri UltraSoft tərkiblə dövrə vurublar – komanda Sinqapurda ən yumşaq tərkibdən çox az sifariş vermişdi.
Vandorn və Sirotkin yüngülcə baryerlərə sürtülüblər. Protokollara isə Rikkardo başçılıq edib – 1:38.153. Mübarizəni Williams sürücüləri ilə birlikdə Maqnussen, Hartli və Vandorn dayandırıblar.
İkinci sessiyada bütün sürücülərdən fərqli olaraq, Ferrari sürücüləri əvvəlcə trasa UltraSoft tərkiblə çıxıblar.
Ferstappen ilk cəhdində trasın yeni rekorduna imza atıb – 1:37.214, ilk onluğa düşə bilməyən Ferrari sürücüləri isə daha yumşaq tərkibə keçməli olublar.
21-ci döngənin çıxışında Lekler maşını zədələmədən baryerlərə toxunub.
İkinci cəhdində Rəykkönen protokollara başçılıq edib – 1:37.194, ilk beşlik isə cəmi 0.2 saniyəyə yerləşib. Mübarizəni isə Alonso, Sayns, Lekler, Eriksson və Qasli dayandırıblar.
Finalda Qrojan birinci cəhdindən imtina edib, digər sürücülər isə HyperSoft-la trasa tələsiblər. Həmilton möhtəşəm dövrə vuraraq yaxın rəqibini 0.3 saniyə üstələyib – 1:36.015.
İkinci cəhdində Həmilton səhvə yol verib, amma onun əsas rəqibləri də nəticələrini yaxşılaşdırmayıblar.
Lyuis Həmilton karyerasında 79-cu, mövsümdə 7-ci və bu trasda 4-cü pouluna sevinib. Maks Ferstappen isə karyerasında ən yaxşı nəticəsini bir daha təkrarlayıb – amma bu il ilk dəfə birinci cərgədən start almaq şansı qazanıb. İkinci cərgədən yarışa Fettel və Bottas, üçüncü cərgədən isə Rəykkönen və Rikkardo başlayacaqlar…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 14 | 1:39.403 | 6 | 4 | 1:37.344 | 6 | 1:36.015 | 5 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 5 | 1:38.751 | 4 | 2 | 1:37.214 | 3 | 1:36.334 | 7 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 2 | 1:38.218 | 5 | 6 | 1:37.876 | 6 | 1:36.628 | 6 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 12 | 1:39.291 | 7 | 3 | 1:37.254 | 7 | 1:36.702 | 6 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 3 | 1:38.534 | 5 | 1 | 1:37.194 | 6 | 1:36.794 | 6 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1 | 1:38.153 | 3 | 5 | 1:37.406 | 3 | 1:36.996 | 6 |
7 | 11 | Serxio Peres | Racing Point | 6 | 1:38.814 | 8 | 7 | 1:38.342 | 5 | 1:37.985 | 6 |
8 | 8 | Roman Qrojan | Haas | 4 | 1:38.685 | 6 | 8 | 1:38.367 | 6 | 1:38.320 | 3 |
9 | 31 | Esteban Okon | Racing Point | 7 | 1:38.912 | 8 | 10 | 1:38.534 | 6 | 1:38.365 | 6 |
10 | 27 | Niko Hülkenberq | Renault | 8 | 1:38.932 | 6 | 9 | 1:38.450 | 6 | 1:38.588 | 6 |
11 | 14 | Fernando Alonso | McLaren | 9 | 1:39.022 | 6 | 11 | 1:38.641 | 6 | ||
12 | 55 | Karlos Sayns | Renault | 10 | 1:39.103 | 6 | 12 | 1:38.716 | 6 | ||
13 | 16 | Şarl Lekler | Sauber | 11 | 1:39.206 | 8 | 13 | 1:38.747 | 6 | ||
14 | 9 | Markus Eriksson | Sauber | 13 | 1:39.366 | 8 | 14 | 1:39.453 | 6 | ||
15 | 10 | Pyer Qasli | Toro Rosso | 15 | 1:39.614 | 7 | 15 | 1:39.691 | 6 | ||
16 | 20 | Kevin Maqnussen | Haas | 16 | 1:39.644 | 6 | |||||
17 | 28 | Brendon Hartli | Toro Rosso | 17 | 1:39.809 | 8 | |||||
18 | 2 | Stoffel Vandorn | McLaren | 18 | 1:39.864 | 8 | |||||
19 | 35 | Sergey Sirotkin | Williams | 19 | 1:41.263 | 8 | |||||
20 | 18 | Ləns Stroll | Williams | 20 | 1:41.334 | 6 |