F-1.az bildirir ki, komandalar cümə sərbəst yürüşlərindən sonra sazlanmalara düzəlişlər ediblər və sıralanma turuna hazırlaşmağa kökləniblər – demək olar ki, hamı ən yumşaq UltraSoft təkərlərlə işləyib.
Sessiyanın düz ortasında qırmızı bayraqlar dalğalanıb – Markus Eriksson 19-cu döngədə divarlara çırpıldıqdan sonra trasdakı qırıntıları təmizləmək lazım gəlib. Pauza 6 dəqiqə çəkib, sonra sürücülər işlərini davam etdiriblər.
Rikkardo 10-cu döngədə baryerlərə toxunub və yavaşca boksa qayıdıb, amma mexaniklərin təftişindən sonra işinə davam edib. Ferstappenin maşınında ötürmələr qutusunda problem yaranıb, Maks boksa qayıdıb, sistemi yenidən işə salıblar və Maks da trasa qayıdıb.
Protokola dünən olduğu kimi Red Bull sürücüsü başçılıq edib, amma dünən Rikkardo sürətli idisə, bu gün Maks rəqiblərini üstələyib. Düzdür, avstraliyanın tras rekordu bu gün təzələnməyib, amma sıralanma turunda sürətlər artacaq…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:41.829 | – | 12 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:41.901 | + 0:00.072 | 13 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:41.971 | + 0:00.142 | 16 |
4 | 14 | Fernando Alonso | McLaren | 1:42.383 | + 0:00.554 | 11 |
5 | 2 | Stoffel Vandorn | McLaren | 1:42.439 | + 0:00.610 | 13 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:42.517 | + 0:00.688 | 11 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:42.549 | + 0:00.720 | 10 |
8 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:42.592 | + 0:00.763 | 16 |
9 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:42.708 | + 0:00.879 | 16 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:43.010 | + 0:01.181 | 14 |
11 | 31 | Esteban Okom | Force İndia | 1:43.109 | + 0:01.280 | 15 |
12 | 55 | Karlos Sayns | Toro Rosso | 1:43.356 | + 0:01.527 | 17 |
13 | 30 | Colion Palmer | Renault | 1:43.368 | + 0:01.539 | 11 |
14 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:43.574 | + 0:01.745 | 17 |
15 | 19 | Felipe Massa | Williams | 1:43.724 | + 0:01.895 | 17 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:44.041 | + 0:02.212 | 16 |
17 | 18 | Ləns Stroll | Williams | 1:44.223 | + 0:02.394 | 18 |
18 | 8 | Roman Qrojan | Haas | 1:44.295 | + 0:02.466 | 16 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:45.760 | + 0:03.931 | 15 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:46.339 | + 0:04.510 | 7 |