F-1.az xəbər verir ki, bu sessiya da sürücülərin səhvləri olmadan ötüşməyib. Qrojan, Stroll, Palmer, Ferstappen, Maqnussen və Bottas trasdan çıxıblar, lakin ciddi hadisə baş verməyib. Startdan 45 dəqiqə sonra Fettel 10-cu döngənin çıxışında divara toxunub və reklam lövhəsini vurub. Cəmi birdəqiqəlik Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub.
Həmilton, Fettel və Verlyayn SuperSoft təkərlərlə işləyiblər və uzun məsafə qət ediblər. Sessiyanın sonunda hamı UltraSoft təkərlərə keçib. Ən yumşaq tərkiblə digər tərkiblər arasında sürət fərqi böyük olub.
Protokollara səhər olduğu kimi, bu dəfə də Rikkardo başçılıq edib – 1:40.852. Bu, trasın yeni rekordudur. Yağıntı olmazsa, növbəti sessiyalarda yeni rekordlar görəcəyimizə şübhə yoxdur. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:40.852 | – | 32 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:41.408 | + 0:00.556 | 28 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:41.555 | + 0:00.703 | 36 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:42.104 | + 0:01.252 | 35 |
5 | 27 | Niko Hülkenberq | Renault | 1:42.448 | + 0:01.596 | 33 |
6 | 2 | Stoffel Vandorn | McLaren | 1:42.501 | + 0:01.649 | 34 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:42.788 | + 0:01.936 | 32 |
8 | 11 | Serxio Peres | Force İndia | 1:42.826 | + 0:01.974 | 35 |
9 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:42.835 | + 0:01.983 | 30 |
10 | 31 | Esteban Okon | Force İndia | 1:43.054 | + 0:02.202 | 34 |
11 | 5 | Sebastyan Fettel | Ferrari | 1:43.104 | + 0:02.252 | 33 |
12 | 55 | Karlos Sayns | Toro Rosso | 1:43.236 | + 0:02.384 | 37 |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:43.608 | + 0:02.756 | 32 |
14 | 30 | Colion Palmer | Renault | 1:43.795 | + 0:02.943 | 32 |
15 | 19 | Felipe Massa | Williams | 1:43.836 | + 0:02.984 | 32 |
16 | 18 | Ləns Stroll | Williams | 1:44.301 | + 0:03.449 | 32 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:44.417 | + 0:03.565 | 32 |
18 | 8 | Roman Qrojan | Haas | 1:44.928 | + 0:04.076 | 28 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:45.673 | + 0:04.821 | 34 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:45.721 | + 0:04.869 | 35 |